إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Astanada Rusiya,Türkiyə və İran Suriya üzrə növbəti müzakirələrə başladı

Rusiya, Türkiyə və İranın birgə əməliyyat qrupunun Suriyadakı sülhə nəzarət üzrə iclası Astanada start götürüb. İclasda BMT və İordaniyadan da mütəxəssislər iştirak edir.

Ahlibeyt.az-ın İslamazeri-yə istinadən məlumatina görə,bu barədə "RiaNovosti" məlumat yayıb.

 

Rusiya Müdafiə Nazirliyi daha əvvəl bildirmişdi ki, bu cür görüşlər Astanada müntəzəm olacaq. Qazaxstan xarici işlər naziri Kayrat Abdraxmanov isə cümə günü öz növbəsində bildirib ki, görüş texniki xarakter daşıyacaq. O, görüşü Suriyadakı vəziyyətin həll edilməsi üzrə olan Astana görüşünün davamı adlandırıb.

Mənbədən qeyd ediblər ki, görüş zamanı iştirakçılar münaqişə tərəflərinin hərbi əməliyyatların dayandırılması rejiminə əməl etməsi, atəşkəsə nəzarət tədbirlərinin hazırlanması və onun pozuntularının qarşısının alınmasını, humanitar yardım məsələlərinə toxunmaq və Suriya hökuməti ilə müxalifət arasında qarşılıqlı inamın artırılması məsələsini müzakirə etmək niyyətindədir.

Xatırladaq ki, zamin tərəflər (İran, Rusiya, Türkiyə) cari ilin yanvar ayının 23-24-ü Qazaxstanın paytaxtı Astana şəhərində Suriyada atəşkəs rejiminə nəzarət üçün üçtərəfli nəzarət mexanizmi haqda razılığa gəliblər. Mexanizmin detallarını və onun həyata keçirilməsini bu gün Astanada baş tutacaq görüşdə müzakirə etmək planlaşdırılıb.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Fevral, 2017  12:34 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!