|
• Mənəviyyat • MənəviyyatŞəriət hökmlərinin əhəmiyyəti“Ey insanlar! Sizi və sizdən qabaqkıları yaradan Pərvədigarınıza ibadət edin, bəlkə təqvalı olasınız.” (“Bəqərə” surəsi, ayə:21) İbadətlərin icra olunmasının qanun şəklinə salınmasında əsas hədəf və hətta ibadətin özünün fəlsəfəsi bu olmuşdur ki, bəndələr o əməlləri yerinə yetirməklə təqvalı olsunlar. Təqva islam nəzərində o qədər əhəmiyyət daşıyır ki, o bütün əməllərin qəbul olunmasında meyar hesab edilir, təqvasız istənilən əməl rədd olunur və onun heç bir faydası yoxdur. Saleh bəndə olmaq istəyən şəxs müəyyən bir işə başlamazdan əvvəl onun haqqında məlumat toplayıb öz işini şəriət ölçüləri ilə uyğun şəkildə qurmalıdır. Şəri hökmləri, qanunları bilmədən tərbiyələnmək və öhdəmizə düşən vəzifəni yerinə yetirmək mümkün deyil. Buna əsasən, dində müəyyən zəruri hömkləri (təqlidlə və ya ictihadla) bilmək hamıya vacibdir.Dini məsələləri öyrənməkdə irəli çıxıb başqalarına da başa salmaq üçün müəyyən şəxslərin olması lazımdır. Allah-təala buyurur: "Möminlərin hamısı eyni vaxtda döyüşə çıxmamalıdır. Hər qəbilədən bir dəstə qalmalıdır ki, dini dərindən öyrənsinlər və öz camaatı döyüşdən geri qayıtdıqları zaman onları xəbərdar etsinlər. Bəlkə, onlar pis işlərdən çəkinələr."(Tövbə-122) İmam Sadiqdən(ə) "Tutarlı dəlil yalnız Allaha məxsusdur" (Ənam-149) ayəsinin mənasını soruşduqda buyurdu: "¬ Allah-təala qiyamət günü öz günahkar bəndəsinə buyurar: "Ey mənim bəndəm! Niyə öz vəzifəni düzgün yerinə yetirmədin? Bilərəkdənmi günah etdin?" Əgər desə ki, "bəli”, buyurar: "Niyə bildiyinə əməl etmədin?" Yox əgər desə ki, «bilmirdim», onda soruşar: "Niyə öyrənmədin ki, əməl edəsən?.."(Cameüs-səadat III c, səh.48) Bəndəlik və ibadət məhəbbət və itaətlə qəbul olunur. İtaət Tanrının razılıq və istəyini bilmədən qəbul deyildir. Özlərindən nə isə qondarıb itaət və ibadət kimi yerinə yetirilənlər, həqiqətdə, özlərinin bəndələridirlər, nəinki Allahın. Allah-təala buyurur: “Allahdan kömək diləyin və səbir edin. Şübhəsiz ki, yer üzü Allahındır. O, qullarından istədiyini onun varisləri təyin edir. Gözəl aqibət müttəqilərindir”. [Əraf surəsi, 128] Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Yanvar, 2017 15:46 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |