إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Əgər Allaha təvəkül etsək heç nədən və heç kimdən qorxmariq və qorxmayacağıq da

Ayətullahul-Üzma Şeyx Nasir Məkarim Şirazi bu gün xaric dərsində İmam Sadiqin(ə) "Bu dünyada hər bir şeyin kamalı vardır və onun həddi Allaha təvəkküldür. Allaha təvəkkül isə ona yəqin etmədən hasil olmur" hədisinə işarə edərək deyib ki, yəqinin kamalı o zaman hasil olur ki, insan Allaha arxalansın. Əgər insan Allaha arxalanarsa, heç nədən qoxrmaz və qorxmayacaq da.

Hər bir insanın izzəti və zilləti Allahın fərmanı ilə baş verir buyuran mərcei təqlid deyib: "Bütün qüdrətlər Allah müqabilində hörümçək torudurlar ki, davamiyyətləri yoxdur. Hal-hazırda biz görürük ki, dünyadakı dövlətlərin başına nələr gəlməkdədir. Bir vaxtlar qüdrət iddiasında olanlar bu gün zəlil olmaqdadırlar və bundan xilas olmaq üçün dəridən-qabıqdan çıxırlar".

Quran müfəssiri daha sonra dyib: "Əgər Allahımız olarsa, hər bir şeyimiz olar. Bu gün bizə deyirlər ki, bütün dünya sizin əleyhinizədir və sizi təhdid etməklə ölkənizə problemlər yaradırlar. Bilin ki, əgər Allaha təvəkkül etsək və ona arxalansaq heç nədən qorxmarıq və qorxmayacağıq da".

Allah-təala rahatlığı və əmin-amanlığı ilahi rizada və yəqində qərar vermişdir deyən Şeyx Nasir Məkarim Şirazi qeyd edib ki, bu gün dünya əhalisinin əsas xəstəliyi əsəblə bağlıdır və bu səbəbdəndir ki, psixoloji stress keçirirlər və hətta intihara əl atırlar. Bunun səbəbini Allaha iman olmamqda görən alim həmçinin dünya başçılarının bu gün şeydən əziyyət çəkdiklərini diqqətə çatdıraraq buyurub ki, elə buna görə onlar vəzifələrini itirdikləri zaman xəstəlik tapırlar.

Daha sonra İslam dininin müsəlmanları savadlanmağa, elm oxumağa səslədiyini xatırladan alim deyib ki, savadlanmaqla yanaşı gərək mütləq Allah qorxusu və Allaha imana da insanda olsun. Çünki bu cəhətləri olmayan insan atom və yaxud kimyəvi bombaya bənzəyir ki, dünya əhalisi üçün təhlükədir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Dekabr, 2011  16:29 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!