إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İran: Suriyadan könüllüləri çıxarmayacağıq!

İran Suriya müxalifətinin İrandan olan könüllü silahlı dəstlərin Suriyadan çıxarılması tələbini gözdən keçirməyəcək. Bu cür çağırışlar alçaq və zəif çağırışlardır.

Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, "RİA" agentliyinin məlumatında bunu İranın xarici işlər nazirinin müavini Hüseyn Cabir Ənsari bildirib.

Məlumata görə,Suriya silahlı müxalifətinin nümayəndə heyətinin başçısı Muhəmməd Alluş Astana danışıqlarının yekunlarına dair ötən gün bildirib ki, müxalifət Suriyanın gələcəyində İranın heç bir rolunu qəbul etməyəcək.

Nümayəndə heyətinin təmsilçisi Usamə Əbu Zeyd İrandan olan silahlı dəstələr də daxil olmaqla, bütün xarici silahlı qruplaşmaların Suriyadan çıxarılmasını tələb edib.

İran tərəfindən Süriya üzrə Astana danışıqları təmsilçisi XİN müavini H.C.Ənsari açıqlama verib:

Biz bu bəyanatları gözdən keçirməyəcəyik və onları cavablandırmayacıq da. Çünki bu, bir-birinin ardınca özlərini, Suriya xalqını və bütün Yaxın Şərq regionunu fəlakət və müsibətə düçar etmiş alçaq və zəif  tərəflərin bəyanatlarıdır. Onlar problemə qərəzli şəkildə yanaşırlar, problemin həll yollarını təcrid edilmiş halda və qeyri-real şəkildə təfsir edirlər.

Suriyadakı problem silahlı qruplaşmaların düşüncə tərzlərinə görə başladı: onlar hadisələrin ən əvvəlində düşünürdülər ki, hakim rejimin süquta uğraması ilə sürətli nəticələr əldə edəcəklər. Lakin onlar özlərini pis vəziyyətə saldılar.”, - deyə Ənsari qeyd edib.

 

Biz həqiqətə uyğun olmayan bu bəyanatları gözdən keçirmirik. Biz gücümüz çərçivəsində öz həmkarlarımız - Rusiya və Türkiyə - ilə bu bədbəxtliklərə son qoymağa və Suriyanın həyatında yeni mərhələ başlatmağa çalışırıq. Suriya xalqının ölkənin və xalqın gələcəyini bir-başa təyin etməyə tam haqqı var.”, - deyə nazir müavini əlavə edib.

Xatırladaq ki, yanvar ayının 23-24 Qazaxstanın paytaxtı Astana Suriya üzrə danışıqlar baş tutub. Danışıqların təşəbbüskarı kimi Rusiya Prezidenti Vladimir Putin çıxış edib. Putin Suriya sülh prosesi üçün Astanada da əlavə meydançanın yaradılmasını təklif edib. Bu təklifi Türkiyə və Qazaxstan prezidentləri də dəstləyiblər.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Yanvar, 2017  16:13 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!