|
Şah İsmayıla aid 14 məsumun adı həkk olunan döyüş bayrağı Azərbaycanda saxlanılırBu bayraq başlığı, Səfəvi ordusunun Astara ərazisindən keçib Şirvanşahlar dövlətinə hücum etdiyi dövrdən qalıbSəfəvilər dövlətinin qurucusu Şah İsmayıl Xətainin ulu babası Şeyx Zahid Gilani Lənkəranın Siyavər kəndində dəfn edilib. Sonralar isə Xəzər dənizinin səviyyəsinin qalxması qəbir üçün təhlükə yaradıb və məzar hazırkı yerinə — Lənkəranın Şiyakəran kəndi ərazisinə köçürülüb. Ayrıca, üzərində türbə inşa edilib
Sonralar Şah İsmayıl Şirvanşahlar dövlətinin üzərinə yürüş edərkən, Pütəsər mahalının Şiyəkəran kəndinə gəlib. Şahın bu ərazidə düşərgə salmasında əsas məqsəd — ulu babasının dəfn olunduğu türbəyə yaxın olmaq, tez-tez türbəni ziyarət etmək və qışı burada keçirərək, yaz aylarında Şirvanşahların üzərinə hücumu davam etdirmək idi. Şah İsmayılın ordusuna məxsus döyüş bayrağı hazırda Şiyəkəran Kənd Orta Ümumtəhsil Məktəbinin müəllimi Yunus Qulamovun evində qorunur. O, Sputnik Azərbaycan-a açıqlamasında bu qədim əşyanın adının "ələm" olduğunu bildirdi.
Müsahibimizin sözlərinə görə, "ələm" ərəb dilində "bayraq başlığı" deməkdir: "Bunu uzun illər bizdə dini bir əşya hesab ediblər. Yəqin ki, buna bayraq başlığının üzərində ərəb əlifbası ilə bir neçə dəfə Allah sözünün yazılması səbəb olub. Lakin bir neçə il öncə mən bu əşyanın nə olduğunu aşkar etmək üçün araşdırma apardım. Sonda bunun Səfəvi ordusunun döyüş bayrağının başlığı olduğunu ortaya çıxartdım". "Bu ələm, təxminən XVIII əsrdə ulu babam tərəfindən tapılıb. O, kənd tarlasında əkin-biçinlə məşğul olarkən bir küp tapıb. Küpün içərisindən isə bu ələm və bir neçə başqa əşya çıxıb. Küpün ağzının xüsusi üsulla — təbii heyvan dərisi ilə bağlanması döyüş bayrağı başlığının korlanmasına imkan verməyib. Hazırda mən küpün içərisindən çıxan bu ələmi və 3 gümüş sikkəni saxlayıram" — Qulamov bildirir.
Ələmin ucundə 3 alov dili, yan tərəflərdə isə quş başı təsvir olunub. Y. Qulamovun dediyinə görə, bəzi mənbələrdə bu təsvirin mənası "odda yanan simurq quşu" anlamına gəlir: "Ələmin özü isə mislə gümüşün qarışığından alınan metaldan düzəldilib. 3 alov dilindən ortadakı dilin üzərində dörd oyma nöqtə var. Bu da sufizmə işarədir. Çünki bu 4 oyma nöqtə sufilikdə 4 ünsürə — hava, su, torpaq, oda işarədir" Döyüş bayrağı başlığının hər dörd küncündə isə "Şeyx Səfi butası" adı ilə tanınan işarələr həkk olunub: "Bu da növbəti dəfə ələmin səfəvilərə aid olduğunu sübut edir. Başlığın üzərində "Səfiyullah" kəlməsi həkk olunub. Yenə diqqətlə baxsaq, quş başlarının birinin aşağı hissəsində çapacaq izi, bəzi hissənin sındığını, sonradan təkrar bərkidildiyini görərik. Bu isə bayrağın həqiqətən də döyüşdə istifadə olunduğuna və döyüş vaxtı zədə aldığına işarədir". Mənbə:Sputnik.az Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Yanvar, 2017 13:32 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |