|
• DünyadaMüqtəda Sədr Tunis prezidentinə təşəkkür edibİraqın "Sədr" hərəkatının rəhbəri Hüccətül-İslam vəl-musilin Seyyid Müqtəda Sədr Tunis prezidentinə Bəhreyn inqilabını dəstəklədiyinə görə təşəkkür məktubu göndərib. Məktubda Tunis prezidentindən Bəhreyn inqilabını dəstəklədiyinə görə səmimi qəlbdən təşəkkür edən Müqtəda Sədr Allahdan Tunis xalqını və prezidentini hifz etməyi istəyib. Digər ərəb başçılarını da Tunis prezidentinin etdiyi kimi Bəhreyn inqilabını dəstəkləməyə çağıran "Sədr" hərəkatının lideri həmçinin bəzi alimlərin Bəhreyndə baş verənləri məzhəb qarşıdurması kimi qələmə vermələrini tənqid edib. Məktubun sonunda Müqtəda Sədr baş verən inqilabların nə sünni, nə şiə, nə islami və nə də məsihi olduğunu qeyd edərək deyib ki, bu inqilabların xalq inqilablarıdır və əllərindən alınmış hüquqları qaytarmaq üçün baş vermişdir. Xatırladaq ki, 2 həftə öncə Tunis prezidenti Tunisin paytaxtında Bəhreyn səfirliyinin önündə Ali Xəlifə rejiminə qarşı keçirilən mitinqdə iştirak etmiş və Bəhreyn inqilabını dəstəklədiyini bəyan etmişdi Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Dekabr, 2011 07:02 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |