إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Müstəhəb əməllərin və nafilə namazlarının təsir və faydaları

Müstəhəb əməllərə və nafilə namazlarına üstünlük verib davamlı surətdə əməl etməyin üç əsas təsiri vardır

1. İnsanın günahlarını təmizləyir

Hədislərdə nəql olunur ki, möminin gecə namazı onun gündüz etdiyi günahları yuyub apararvə  vitr namazı günahları aradan qaldırar.

2. Müstəhəb əməllər və nafilə namazları bilməməzlik üzündən baş vermiş çatışmamazlıqları və vacib əməllərdə buraxılmış səhvləri düzəldir.

Müstəhəb oruclar Ramazan ayının orucunda buraxılmış səhvləri düzəldir. Sədəqələr zəkat və xüms kimi maddi vacib əməllərin çatışmamazlıqlarını aradan qaldırır.Bəzi rəvayətlərə görə,müstəhəb əməllər bütün vacib əməllərdə buraxılmış səhvlərin həlli üçün güclü təsirə malikdir.

İmam Baqir(ə) buyurur:

"Nafilə namazları vacib namazlarda buraxılmış səhvlərin həlli üçündür."

Başqa bir hədisdə buyurulur:

"Allah-təala vacib namazları nafilə namazları ilə kamilləşdirmişdir."

Əbu Həmzeyi-Sumali İmam Zeynülabidin(ə)-dən belə nəql edir ki, fikri dağınıq halda qılınan namazların heç biri qəbul deyildir. Mən ərz etdim: "Sənə fəda olum, demək, biz hamımız həlak olduq, eləmi?» Buyurdu: "Xeyr. Çünki Allah-təala bu kimi ibadətləri nafilələr vasitəsilə kamilləşdirir.”

3.Müsətəhəb əməllər və nafilə namazları "Qurani-Kərim”də buyurulduğu kimi, Allah-təalaya yaxınlaşmağa səbəb olur:

"Onlar ibadət üçün yataqlarından qalxar (gecələr az yatar), qorxu və ümid içində Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən (ehtiyacı olanlara) sərf edərlər. Etdikləri əməllərin mükafatı olaraq, (Allah dərgahında) onlar (möminlər) üçün göz oxşayan (onları sevindirəcək) nə cür nemətlər gizlənib saxlandığını heç kim bilməz!" («Səcdə»-16,17).

Hədisi-qüdsidə belə nəql olunur:

"Heç bir bəndə vacib əməllərdən yaxşı bir ibadətlə mənə yaxınlaşmamışdır. O, nafilələr vasitəsilə mən onu sevənə qədər mənə yaxınlaşır. Elə ki onu sevdim, onun eşidən qulağı, görən gözü, deyən dili və bacarıqlı əli olacağam. Əgər məni çağırarsa, ona cavab verərəm, məndən bir şey istəyərsə, ixtiyarına qoyaram."

Müstəhəb əməllər və nafilə namazları mütəmadi olan surətdə faydalı və təsirlidir.

Hədislərdə bu barədə deyilmişdir ki, hər bir yaxşı əməli başlayarkən onu bir il mütəmadi olaraq davam etdirin. Çünki əməlin təsiri onun mütəmadiliyindədir.

Başqa bir hədisdə buyrulur:

"Xeyirli əməli mütəmadi olaraq yerinə yetirmək çirkin əməlləri tərk etmək, günahdan çəkinmək, yəqinliyə yetişmək, nicat tapmaq, Rəhman Allaha itaət etmək, şeytanın şübhələrindən uzaqlaşmaq, ədaləti qəbul edib haqq söz danışmaq kimi müsbət təsirlər qoyur. Bunlar elə şeylərdir ki, yalnız ağıllı adam onu mütamadi olaraq yaxşı işlər görməklə qazanır».

Əməlin mütəmadi olaraq yerinə yetirilməsinin əhəmiyyəti barədə İmam Baqir(ə) buyurardı:

"Yaxşı bir əməli özümə adət edəndə onu mütəmadi olaraq yerinə yetirməkdən xoşum gəlir. Əgər onu gecə vaxtı yerinə yetirə bilməsəm, gündüz qəzasını edirəm, əgər gündüz edə bilməsəm, gecə qəzasını yerinə yetirirəm. Həqiqətən, Allah yanında ən sevimli əməl mütəmadi olaraq yerinə yetirilən əməldir.”

Müstəhəb əməllərin və nafilələrin yerinə yetirilməsi dedikdə bu, o demək deyildir ki, bunların hamısına əməl oluna. Əksinə, bütün bunlardan məqsəd insanın şəxsi və ictimai imkanları daxilində müəyyən əməllər seçib mütəmadi olaraq yerinə yetirməsidir.

Dinimizdə bir sıra ibadət, müstəhəb əməl, xidmət, sədəqə və digər ayinlər edilmişdir. Onlardan «Quran» oxumaq, təhəccüd etmək (gecə vaxtı namaz qılmaq), gecə oyaq qalmaq, gecə yarısı münacat etmək, vacib namazları vaxtında qılmaq, xüsusilə daha çox təkid olunan  gecə namazı,  həmişə dəstəmazlı halda olmaq, vacib və müstəhəb ibadətlərdə fikirli, dağınıq halda olmamaq, camaat və cümə namazlarında mütəmadi olaraq iştirak etmək, namazın səcdə və qunutunu uzatmaq, hər ayın üç gününü oruc tutmaq, övliyaların, şəhidlərin, xüsusilə Peyğəmbər(s)-in və məsum İmamların(ə) qəbrini ziyarət etmək, seyyidüş-şühəda Hüseyn ibn Əli(ə)-in matəmində (əzadarlığında) ağlamaq və qəmli olmaq, o Həzrətə və sair məsumlara(ə) yalvarıb-yaxarmaq (təvəssül etmək), sileyi-rəhm (qohum-qardaşa baş çəkmək) və yoxsullara kömək etmək,  "la ilahə illəllah" və "əstəğfirullahə rəbbi və ətubu iləyh" kimi bəzi təsirli zikrləri zikr etmək, Mühəmməd və ali-Mühəmmədə salavat göndərmək, hər bir namazdan sonra həzrət Fatimə(s.ə)-nın təsbihatını  zikr etmək kimi müstəhəb əməlləri göstərmək olar.

 

Mənbə:Ayətullah Məhdəvi Kani(İslam Əxlaqı)

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Yanvar, 2017  09:23 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!