إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Təfəkkür insanı yaxşılıq və saleh əməllərə dəvət edir

Həzrət Əli(ə) buyurur:

"Təfəkkür etməklə qəlbini oyat"

«Nisa» surəsinin 69-cu ayəsinə işarədir:”Allaha və peyğəmbərə itaət edənlər, (axirətdə) Allahın nemət verdiyi nəbilər, siddiqlər, şəhidlər və salehlərlə bir yerdə olacaqlar.”

"Xoş o şəxsin halına ki, qəlbini təfəkkürlə, dilini isə zikrlə məşğul edir"

"Hər kim öyrəndiyi şey barədə fikirləşsə, elmini möhkəmlədib qabaqca başa düşmədiklərini anlayar".

Bu barədə həzrəti-Əli(ə)-nin Bəsrə valisi Osman ibn Hüneyfə yazdığı məktub daha çox diqqəti çəkir:

"Ey Hüneyfin oğlu! Mənə xəbər verildi ki, Bəsrə dövlətlilərindən bir nəfər səni qonaqlığa dəvət etmiş və sən də bu dəvəti qəbul edib yubanmadan qonaqlığa getmisən.Müxtəlif yeməklər böyük qablarda bir-birinin ardınca sənin qarşına qoyulmuşdur.

Mən güman etməzdim ki, sən yoxsullara laqeyd olub dövlətlilərin çağırıldığı belə bir cəmiyyətin dəvətini qəbul edəsən.Yediyin yeməyə fikir ver. (Bax gör halaldırmı, ya yox?) Bu zaman halallığına şübhə etdiyin yeməyi yemə, paklıq və halallığına yəqinin olsa, yeməkdən çəkinmə.

Bil ki, hər məmum (hər hansı bir imamın ardıcılı) gərək öz imamına iqtida edib elminin nurundan bəhrələnsin. (Yəni bütün əməllərdə özünü ona bənzədərək onun biliyindən istifadə etsin). Sizin imamınız bu dünyada yalnız köhnə paltarla, yeməklərdən də vur-tut iki ədəd çörəklə kifayətlənmişdir.

Əlbəttə, siz belə ola bilməzsiniz, lakin mənə təqva, səy, iffət, paklıq və doğru yolla kömək edin."

İmam Sadiq(ə) buyurur:

"Təfəkkür insanı yaxşılıq və saleh əməllərə dəvət edir".

"Bütün günahlar Allah qanunlarına itaət etməmək sayıldığından böyükdür. Günahların böyük və kiçik olması onlar arasındakı fərqlərə görədir. Bu bizim imamiyyədə olan əqidə məsələlərindəndir." (Məcməül-bəyan III c,səh.38)

"Əbuzərin ibadətinin çoxu təfəkkür etmək və hadisələrdən ibrət almaq idi."(Üsuli-kafi II c, səh79 Fiqh fəsli,hədis 4)

İmam Riza(ə) buyurur: "İbadət o demək deyil ki, çoxlu namaz qılıb, oruc tutasan.

İbadət Allahın işləri barədə düşünməkdir."(Nəhcül-bəlağə)

Buradan aydın olur ki, həqiqi ibadət Allah, onun işləri və iradəsi haqda olan təfəkkürdür. Başqa bir ifadə ilə desək, ibadət odur ki, hər bir şey Allahın məxluqu, iradəsinin məzhəri, sifət və adlarının təcəllisi olduğundan insanın diqqət mərkəzində durmalıdır. Bu cür düşüncə həqiqi pərəstiş olub ibadətin vücuduna can verir.

Mənbə: Ayətullah Məhdəvi Kani ("İslamda əxlaq")

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Yanvar, 2017  14:51 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!