إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Təbii fəlakətlərin səbəbi nədir?

Son dövrlər planetimizi bürümüş təbii fəlakətlərin səbəbi hamını maraqlandırır. Əslində isə, bu sualın cavabı olduqca sadədir.

Allah-təala buyurur: «Allah bir şəhəri misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində idi. Ruzisi də hər yerdən bol-bol gəlirdi. Lakin əhalisi Allahın nemətini inkar etdi. Allah da həmin şəhərin sakinlərinə etdikləri əməllərə görə, aclıq və qorxu bəlası daddırdı»("Nəhl" ayə 112).

Qurani-kərimdə Nuhu inkar edənlərin selə qərq olduğu, Ad və Səmud tayfalarının günahkarlıqları müqabilində dəhşətli sarsıntıya bürünərək diz üstə düşüb qaldıqları, qadınları qoyub, kişilərə şəhvətlə yanaşan Lut tayfasının əzab yağışına düçar olduğu və başqa ibrətamiz əhvalatlar rəvayət olunur. Hər bir millət Allaha etiqadı müqabilində üç böyük nemətlə mükafatlandırılır: əmin-amanlıq, gələcəyə inam, gen-bol ruzi.

Bəşər həyatında bir çox zərərli hadisələr baş verir ki, bunun səbəbi insanın ağılsız hərəkətlərindədir. İnsan çox vaxt ilahi qanunlara qarşı çıxır, təbiətdəki qanunauyğunluqları nəzərə almadan rəftar edir və şər daha çox cahillikdən doğur, insanın ağılsızlığı bir çox bəlaların üz verməsinə səbəb olur.

Demək, bütün bəlaların, eləcə də, təbii fəlakətlərin səbəbi, «İnsanların dünyanı axirətdən üstün tutmasıdır»(Nəhl ayə 107)

Təbiətdə yaradılan nə varsa, Allah tərəfindən yaxşı və gözəl tərzdə yaradılıb – yəni hikmət və qanunauyğun prinsipilə xəlq olunub. Allah – hər bir varlığın Xaliqi və qaynağı kimi gözəl və mükəmməl bir dünya düzəni yaradıb. Dünyada olan afət və mənfi proseslər qanunauyğun haldır və bunlar dünya düzənində olan təbii və üfüqi münasibətlərin nəticəsidir. Cəmiyyət və insan həyatında olan bir çox mənfi və şər hadisələr isə elə insanların özü tərəfindən törənir. Sərvət və hakimiyyət uğrunda gedən müharibələr, istila və işğalçılıq minlərlə-milyonlarla insanı evsiz-eşiksiz, ac-yalavac qoyur. İnsanların azğınlığı bəşər tarixində çoxsaylı fəlakətlər törədib və törədir.

Allahın xilqətindəki gözəl dünya düzəninin mahiyyətini dərk etməyənlər və insanların öz ixtiyarı ilə etdikləri şər əməllərin məsuliyyətini də sanki Allahın üzərinə qoymağa çalışırlar. Onlar ilahiyyatçıların əksinə olaraq, dünya düzənini şər dolu bir hərəkət bilmiş, eyni zamanda zəlzələ, müharibələr, qıtlıq kimi təbii və qeyri-təbii hadisələri eyni bucaqdan izah etmişlər.

Əgər bir hadisənin  yaranma və baş verməsi üçün səbəb tam yetişibsə, deməli nəticə mütləq olacaqdır. Onun baş verməməsi mümkünsüzdür.

Təbiətdə olan xoşagəlməz hadisələr insanların rəftarında olan mənfi münasibətlərdən irəli gəlir. Bir sıra hallarda isə bəşər özü həmin hadisələrin törədilməsində birbaşa məsuliyyət daşıyır. İnsanlar eyni zamanda öz elmi və təcrübi bacarıqları ilə bir çox hadisələrin qabağını ala bilər, sel və zəlzələ kimi bədbəxt fəlakətlərin nəticələrini aradan qaldıra və qabaqcadan zərərini azalda bilər. İnsanlar elmi-texnoloci tərəqqi sayəsində bir çox təbiət hadisələrinin müsbət məcraya yönəlməsinə imkan tapa bilir. Eyni zamanda insanlar öz ictimai və fərdi həyat prosesində məntiqlə davranaraq başqalarına vurulacaq zərərin və bədbəxtliyin qarşısını ala bilər.

İnsanların şər adlandırdığı bir çox hadisələr isə nisbi xarakter daşıyır və həqiqi mənaya malik deyil.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Yanvar, 2017  08:47 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!