|
• Dünyadaİran Prezidenti: Səudiyyə Ərəbistanı problemi özü başlatdı"Bizim Ərəbistanla problemimiz Yəmən və Bəhreynin daxili məsələlərinə qarışmasına görədir..." Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə,bu barədə “Al Alam”məlumat verib. Xəbərə əsasən, İran prezidenti Həsən Ruhani Səudiyyə Ərəbistanının bölgədə atdığı yalnış addımlardan söz açıb. Mətbuat konfransında iştirak edən İran prezidenti Ruhani Ərəbistan mövzusuyla bağlı verilən suala cavab olaraq deyib: “Bizim Ərəbistanla qonşu ölkə olaraq problemimiz yoxdur ki, həll etmək barədə də düşünək. Ərəbistanla problemimiz Yəmən və Bəhreynin daxili məsələlərinə qarışmasına görədir.Səudiyyə Ərəbistanı problemi özü başlatdı.Yəmənə qarşı olan hücumları dayandırmaq Ərəbistanın xeyrinədir. Bizim istəyimiz bölgədə sülh və sabitliyin yaranmasıdır.Ərəbistanın daxili məsələlərinə müdaxilə etmək barədə fikrimiz yoxdur.Bu ölkəni siyasi səhnədən silmək barədə düşünmürük. Ümid edirik ki, bu ölkə düzgün yolu seçəcək. Belə olan halda biz Yəmən və digər məsələlər barədə bu ölkəyə yardım etməyə hazırıq.”
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Yanvar, 2017 12:50 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |