|
• Mənəviyyat • MənəviyyatMüsəlman yalan danışa bilərmi?İstər müsəlman, istərsə də qeyri-müsəlmanlar arasında yalan ən çirkin sifətlərdən hesab olunur.Qurani-kərimdə bu barədə buyurulur: "Yalanı, yalnız Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsil yalançıdırlar"("Nəhl" ayə 105) İmam Sadiq (ə) buyurur: "İnsanların rüku və səcdələrinin uzunluğuna baxmayın. Bu adət üzündən də ola bilər. Amma onların düzlüyü və etibarına diqqət edin". İmam Baqir (ə) buyurur: «Allah bütün pislikləri qıfıllayıb və şərab qıfılların açarıdır. Yalan isə, şərabdan da pisdir»(«Üsuli-kafi,» 2-ci cild, səh. 254.). Yalanla günah arasında əsaslı rabitə vardır. Günahkar insan öz günahını aşkar edərsə rüsvay olar.Buna görə bəzən insanlar öz günahlarını örtmək üçün yalana əl atmağa məcbur olurlar. Bir şəxs həzrət Peyğəmbərin (s) hüzuruna gəlib, ərz etdi: "Ya Rəsullullah! Həm namaz qılmıram, həm günaha yol verirəm, həm də yalan danışıram. Bunlardan hansını birinci tərk edim?". Həzrət Peyğəmbər (s) ona məsləhət gördü ki, əvvəlcə yalanı tərk etsin. Peyğəmbərin (s) yanından çıxan həmin şəxs, bir az sonra günah etmək istədikdə yadına düşdü ki, Həzrətə doğru cavab verməlidir və doğru cavab verməsə, cəzalanacaq. Ona görə də bütün günahlarına tövbə etdi. Hədisdə qeyd olunur ki, bir gün Həsən ibn Məhbud İmam Sadiq (ə. s)-dan soruşdu: “ Ya İmam! Möminin xəsis olması mümkündürmü? Buyurdu: Bəli. Soruşdu: Qorxaq olması mümkündürmü? Buyurdu: Bəli. Sonra soruşdu: Yalançı da ola bilərmi? İmam dedi: Xeyir, mömin hər bir xüsusiyyəti qazanar, yalnız xəyanət və yalandan başqa." Yalan danışmaq insanın özünə çox ziyanlar vurmasına baxmayaraq, ilk öncə imanı aradan aparır. İmanını əldən verən şəxs daim bədbəxtçilik və rüsvayçılıqla üzləşər. Nəql olunmuş hədislərdə deyilir ki, yalan möminlərə xas olmayan bir xüsusiyyətdir. Onlar bu günaha çox nadir hallarda düçar olarlar. Hətta bəzən öz əleyhlərinə də olsa belə, həqiqəti deyib yalandan uzaq olarlar. Allahın Peyğəmbəri (s.): «Yalan nadürüstlüyə və azğınlığa çəkər. Nadürüstlük və azğınlıq isə oda aparar.»(Kənzul-Ummal, hədis 8217) İmam Əli (ə): "Yalan xəyanətdir."(Biharul-Ənvar, c. 72, səh. 261, hədis 37) "İman (nişanəsi) budur ki, sənin ziyanına olsa belə doğru danışmağı, xeyrinə olsa da yalan danışmaqdan üstün tutasan."(Nəhcül-Bəlağə, hikmət 458.) "Heç bir pislik yalan qədər pis deyil."(Biharul-Ənvar, c. 72, səh. 259, hədis 23 ) "Yalandan kənar olun. Çünki yalan imandan kənardır. Doğru danışan nicat və kəramətin sahilində, yalançı isə uçurum və zəlilliyin astanasındadır."(Nəhcül-Bəlağə, xütbə 86. ) İmam Kazim (ə) : "Ağıllı insan, mənafeyi tələb etsə də, yalan danışmaz." (Biharul-Ənvar, c. 78, səh. 305, hədis 1) İmam Baqir (ə): "Həqiqətən, yalan imanı viran qoyar."(Biharul-Ənvar, c. 72, səh. 247, hədis 8 ) «Allah pislik üçün qıfıllar yaratmışdır və o qıfılların açarını şərabda qərar vermişdir. Yalan şərabdan daha pisdir.»(Biharul-Ənvar, c. 72, səh. 236, hədis 3 ) İmam Əskəri (ə): «(Bütün) Pisliklər bir evdə yığışıb və onun açarı da yalandır.»(əd-Durrətul-bahirə, səh. 43) Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Yanvar, 2017 09:01 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |