إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İraq ordusu Yunis peyğəmbərin qəbrini İŞİD-dən azad etdi - Foto

İraq ordusu İŞİD terrorçularının 2014-cü ildə dağıtdığı Yunis peyğəmbərin qəbrini azad edib.

Ahlibeyt.az-ın islamazeri.az-a istinadən verdiyi xəbərə görə,bu barədə AFP məlumat yayıb.

Məlumata görə,İraq hərbçiləri Mosul əməliyyatı çərçivəsində daha əvvəl bir çox müsəlman və xristian müqəddəslərinin yerləşədiyi ərazini İŞİD terrorçularından azad ediblər. Geri qaytarılmış məkanlar arasında Yunis peyğəmbərin məqbərəsi də var.

Biz Yunis peyğəmbərin qəbrinin yerləşdiyi ərazini azad etmişik. Məqbərə üzərində İraq bayrağı dalğalandırılıb.”, - deyə Mosul əməliyyatının komandanlarından biri bildirib.

Xatırladaq ki, İŞİD terror təşkilatı 2014-cü ildə eramızın 3-cü əsrinə aid olan xristian kilsəsini və müsəlmanlara aid bir neçə müqəddəs yeri yandıraraq dağıtmışdı. Bununla yanaşı terrorçular Yunis peyğəmbərin məscidini də partlatmışdılar.

Quranda adı keçən peyğəmbərlərdən biri də Yunusdur. Müqəddəs Kitabımızda bir neçə surədə onun adı anılmaqla yanaşı, onuncu surənin adı da Yunusdur. Rəvayətlərə görə, Assuriyanın paytaxtı Ninəva şəhərində (bu şəhər indiki İraq ərazisində, Mosul yaxınlığında olub) doğulan Yunus peyğəmbər ömrünün otuz üç ilini Allaha iman etməyə çağırıb.

Yunis peyğəmbərin məqbərəsinin İŞİD tərəfindən dağıdılması anı:

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Yanvar, 2017  12:38 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!