إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Tatarıstan müftisi: Suriya dövləti əleyhinə vuruşan İŞİD və digər silahlı qrupların İslam dini ilə heç bir əlaqəsi yoxdur

Suriya qanuni dövlətinin əleyhinə vuruşan İŞİD və digər silahlı və radikal qrupların İslam dini ilə heç bir yaxınlığı və əlaqəsi yoxdur.

Ahlibeyt.az-ın İqna-ia istinadən məlumatına görə,bunu Rusiya federasiyasının Tatarıstan muxtar respublikasının müftisi Kamal Səmiulin bildirib.

Müfti Kamal Səmiulun öz çıxışında Suriyada vuruşan təkfirçi və radikal silahlı qruplaşmaların din adından sui-istifadə etməsinə işarə edərək bildirib ki,müsəlmanlar terroristləri İslam dininin himayədarı hesab etmir, əksinə onları müsəlmanlar və İslam ümməti arasında kin, nifaq, ixtilaf və təfriqəçilik toxumu səpən yad ünsürlər sayırlar.

Kamal Səmiulin qeyd edib ki,bütün dünya müsəlmanlarının terroristlərə qarşı çox açıq bir mövqeyi vardır və bütün İslam dünyası İŞİD və bu kimi radikal ünsürlərdən təmamən uzaqdır:

"Biz, Rusiya müsəlmanları adından hamıdan öncə İŞİD-in bütün cinayətlərini məhkum edirik. Hazırda da biz çalışırıq ki, müsəlman cavanları terror təhlükəsi ilə yaxından tanış edək və onları həqiqi İslam maarifi ilə məlumatlandıraq.

Cari il fevral ayında Tatarıstan paytaxtı Kazanda "İslam Konfransı" keçiriləcəyiilin Fevral ayında keçiriləcəyi planlaşdırılır.

Bu konfransda Rusiya, Mərkəzi Asiya və Orta Şərq müsəlman alimlərinin iştirak etməsi üçün proqramlar icra edilməkdədir. Həmçinin bu konfransda Suriya böhranı və müsəlman maskası taxmış terroristlərin fəaliyyətləri araşdırılacaqdır."

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Yanvar, 2017  12:48 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!