إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

AİP-in sədr müavini həbsxanaya qaytarılıb

Vəkil bu həftə Bakı İstintaq Təcridxanasına gedəcəyini və hüquqlarını müdafiə etdiyi şəxslə görüşəcəyini bildirib

Azərbaycan İslam Partiyasının sədr müavini, məhbus Vaqif Abdullayev Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına qaytarılıb. Məlumatı məhbusun vəkili Anar Qasımlı verib. Məhbus təcridxanaya dekabrın 24-də aparılıb.
Vaqif Abdullayev Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsinə dekabrın 2-də səhhəti pisləşdiyinə görə köçürülmüşdü. Anar Qasımlının sözlərinə görə, bu müddət ərzində o, Vaqif Abdullayevə bir neçə dəfə baş çəkib: “Hər dəfə səhhətinin düzəldiyi, özünü yaxşı hiss etdiyini müşahidə edirdim. Müalicə effekt verirdi”.

Vəkil bu həftə Bakı İstintaq Təcridxanasına gedəcəyini və hüquqlarını müdafiə etdiyi şəxslə görüşəcəyini bildirib.

Yanvar ayında tutulan Vaqif Abdullayev oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə apelyasiya instansiyasında baxılır.

Vaqif Abdullayev Cinayət Məcəlləsinin 214.2.1 (Qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq); 214.2.3 (Odlu silahdan və silah qismində istifadə olunan predimetlərdən istifadə etməklə cinayətə hazırlıq); 228.3 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə); 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə təqsirli bilinib.

islam-azeri.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Dekabr, 2011  23:41 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!