إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Səfər ayı daxil oldu

Bu gün şam azanı ilə birlikdə Səfər ayı da daxil olmuşdur. Bu ay barədə qısa məlumatı Siz dəyərli oxucuların nəzərinə çatdırırıq.

Bu ayın Səfər adlanması barədə iki səbəb göstərilib.

Birinci səbəb kimi o göstərilir ki, Səfər kəlməsi ərəbcə olan "Sufrəh صُفْرَة" kəlməsindən götürülüb ki, mənası "sarı" deməkdir. Və bu ayın adının qoyulmasının vaxtı payız fəsli olub və ağacların yarpaqları sarı olmuşdur. Bu versiya çox zəif versiyadır.

İkinci səbəb kimi isə o göstərilir ki, Səfər kəlməsi "Sifr صِفْر" kəlməsindən götürülüb ki, mənası "boş" deməkdir. Beləki, haram ayından sonra gələn Səfər ayında müharibələr yenə başlayardı və şəhərlər boşalarmış. 

Hz.Rəsuləlah(s) Səfər ayı barədə buyurarmış: "Hər kim mənə Səfər ayının bitdiyini xəbər verərsə, ona Cənnət müjdəsini verərəm".

Hər ayın daxil olmasının müştərək əməlləri:

Dua:

Səfər ayının hilalını gördükdə 3 dəfə Allahu Əkbər, 3 dəfə La ilahə illəllah və sonra deyirsən ki, Əlhəmdu lillahil-ləzi izhəbə şəhrə kəza(Səfər) və caə bi-şəhrə kəza(Səfər).

Həmçinin Səfər ayının hilalını gördükdə "Səhifeyi-Səccadiyyə"nin 33-cü duasını oxumağı tapşırıblar.

Quran:

7 dəfə "Fatihə" surəsini oxumaq.

Oruc:

Əllamə Məclisi(r) rəvayət edir ki, hər ayın 3 gününü oruc tutmağı bizə tapşırıblar. Və bu 3 gün bunlardır: Ayın ilk və son Cümə axşamı günü və 2-ci ongünlüyün ilk Çərşənbə günü.

Namaz:

Hər ayın ilk gecəsi olduğu kimi bu gecə də 2 rikət namaz qılmaq. Hər rikətdə "Fatihə" surəsindən sonra "Ənam" surəsini oxumaq. Namaz bitdikdən sonra isə Allahdan hər bir qorxudan və dərddən amamn istəmək.

Və ayın ilk günü yenə 2 rikətg namaz qılkmaq. Birinci rikətdə "Fatihə" surəsindən sonra 3 dəfə "İxlas" surəsini, ikinci rikətdə isə "Fatihə" surəsindən sonra 3 dəfə "Qədr" surəsini oxumaq. Namazı bitirdikdən sonra Allah yolunda sədəqə vermək. Buyrulmuşçdur ki, kim bu əməli edərsə, həmin ayı salamtlıqla keçirər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Dekabr, 2011  23:03 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!