إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Səudiyyə Ərəbistanı Həcc ziyarəti üçün kvotanı yenidən artırmağa başlayır

Səudiyyə Ərəbistanı Həcc ziyarəti üçün ölkəyə gələn zəvvarların kvotasına 5 il əvvəl tətbiq etdiyi məhdudiyyəti aradan qaldırıb.

Ahlibeyt.az-ın Dunyabuleteni-nə istinadən məlumatına görə, Səudiyyə krallığı Məkkədəki müqəddəs məkanlarda aparılan genişlıəndirmə işlərinin sona çatdırılması ilə əlaqədar olaraq bu il Həcc kvotasının artırılması barədə qərar qəbul edib.

Məlumata görə,artıq aidiyyəti qurumlar bu il sayı artacaq zəvvarların qəbuluna dair hazırlıq aparır.

Krallığın Həcc və Ümrə işləri üzrə nazir Məhəmməd bin tahir Bəntən Ciddədə İslam ölkələri nümayəndələri ilə keçirilən yığıncaqda artırılan kvotanın sayı barədə hələlik açıqlama verməyib.

Qeyd edək ki, 5 il əvvəl Səudiyyə Ərəbistanı xarici ölkələr üçün müəyyənləşdirilən həcc kvotasını 20 faiz, daxili zəvvar kvotasını isə 50 faiz  azaldıb. Bu addım Kəbə və digər müqəddəs yerlər ətrafında aparılan genişləndirmə işləri zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə  əlaqələndirilib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Yanvar, 2017  11:06 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!