|
• DünyadaIK GF İdarə Heyəti Fransa parlamentinin qondarma “erməni soyqırımı”nın inkarının cəzalandırılması barədə qərarı ilə bağlı bəyanat yayıbİslam Konfransı Gənclər Forumu (IK GF) İdarə Heyəti Fransa parlamentinin qondarma “erməni soyqırımı”nın inkarının cəzalandırılması barədə qərarı ilə bağlı bəyanat yayıb. Təşkilatın İstanbuldakı ofisindən yayılan bəyanatda Fransa parlamentinin 22 dekabr tarixdə sözdə “erməni soyqırımının” inkarı”nı cinayət hesab etməsi barədə çıxardığı ədalətsiz, beynəlxalq və düşüncə azadlığı normalarına zidd olan qərarın son dərəcədə təəssüfləndirici olduğu vurğulanıb: “Heç bir beynəlxalq hüquq mexanizmi tərəfindən sübut olunmamış və yalnız bir qrup tarixçinin irəli sürdüyü nəzəriyyəni hərbi cinayətlərlə eyni müstəviyə qaldıraraq məhkəməsiz cinayət elan etmək hüquqi olaraq absurd qərardır. Tarix yazarları ilə hərbi məhkəmələri səhv salmaq qədər anlayışsızlıqdır. Qanunun Fransanın iqtidar partiyası tərəfindən irəli sürülməsi və qəbul edilməsində parlament üzvlərinin 10% iştirak etməsi bu qərarın ümumi Fransa dövlətinin mövqeyindən daha çox, Sarkozi hökumətinin Fransaya son illərdə üstünlük verdiyi insan azadlıqlarının sıxışdırılması siyasətinin bir parçası, örnək olaraq isə süni surətdə son illər Fransada qızışdırılan islamofobiyanın və qəbul etdirilən islamofobik və irqçi təşəbbüslərin növbəti təzahürüdür. Nəhayət, özünü ədalət və “insanlığa qarşı” cinayətləri cəzalandırma carçısı kimi təqdim edən Fransa iqtidarı bu səyində də səmimi olmayıb, ayrı-seçkilik mövqeyindən çıxış etdiyini, qərarın daxili siyasi məqsədlər güddüyünü nümayiş etdirməkdədir. Belə olmasaydı, bir əsr əvvəlki hadisələrə bu qədər canfəşanlıq göstərən Fransa parlamenti üzvləri həmin ermənilərin 20 il əvvəl azərbaycanlılara qarşı törətdiyi, faktlar və sənədlərlə sübut olunan Xocalı qətliamı kimi cinayəti görməməzliyə vurmazdılar”. apa.az Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Dekabr, 2011 17:34 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |