|
• Mənəviyyat • MənəviyyatTəvəkkül nədir?Allaha təvəkkül etməyən insanın qəlbi daim iztirab içində olar. Onun nə rahatlığı olar, nə də xoş güzəranı. "İbrahim" surəsinin 11 və 12-ci ayələrində buyurulur: "Möminlər yalnız Allaha təvəkkül etsinlər. Allah bizə yollarımızı göstərdiyi halda, biz nə üçün Ona təvəkkül etməməliyik?!". Təvəkkül "vəkalət" kəlməsindəndir və vəkil seçmək,arxalanmaq mənasını verir. Yaxşı vəkildə dörd sifətin olması zəruridir: agahlıq, düzlük, qüdrət, mərhəmət. Vəkilə o zaman ehtiyac yaranır ki, insan özünü müdafiə etməyə qadir olmur və qarşısına çıxan çətinliyi başqa birinin köməyi ilə aradan qaldırmaq istəyir. Mömin insanın nəzərində bütün qüdrətlərin fövqündə duran Allah-təala, istənilən hadisə və çətinlik zamanı yeganə etibarlı vəkildir. Allaha təvəkkül edən mömin fəaliyyətsiz dayanmır. Hətta qüvvəsi çatan işdə də, əsl səbəbkar Allahı bilir. Allaha təvəkkül, çətinliklər zamanı insanın müqavimətini artırır. Qurani-kərimin müxtəlif ayələrində belə müqavimətin nümunələri ilə rastlaşırıq: "Allaha təvəkkül, cihad meydanında iki vuruşqan tayfanın süstlüyünün qarşısını aldı"(«Ali-imran» surəsi, ayə 173) "...İşdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə, Allaha təvəkkül et»("Ali-imran"- ayə 159). «O şəxslər şeytana müqavimət göstərib, onun təsirindən çıxa bilərlər ki, iman və təvəkkülə malik olsunlar»("Nəhl"-ayə 99) Təvəkkül qəlbi işlərdən hesab olunur. Buna görə də təvəkkülü işdən-gücdən əl çəkib tənhalığa qapılmaq, səhərdən axşama kimi ibadət edəcəyim təqdirdə Allah da mənim ruzimi yetirəcək deyib işdən boyun qaçırmaq kimi başa düşülməməlidir. Bu yolu tutub gedənlər səhv istiqamətdə hərəkət edirlər. İnsan tənhalığa çəkilib, ancaq ibadətlə məşğul olsa və gündəlik həyatında bir işdən yapışmasa, ilahi hikmətin əksinə əməl etmişdir. Belə olan surətdə, onun Allahdan ruzi gözləməsi əbəsdir. Ruzi təkcə maddiyyata aid olmur. Mənəvi qazanclar, o cümlədən elm də ruzidir. Bu baxımdan ola bilsin kimsə tənbəllik üzündən elm öyrənməyin arxasınca getməsin. İnsanın əldə etmək istədiyi bütün nemətlər Allahın ixtiyarındadır. Səbəblər nemətlərin əldə edilməsi üçün Allahın qərar verdiyi vasitələrdir Allaha təvəkkülün təbii gedişatla zidd olduğunu düşünənlər yanılırlar. Təbii səbəbləri Allahın iradəsindən ayrı bilmək, şirk hesab olunur. Şirk isə, cəhənnəm odu vəd edilmiş günahlardandır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Dekabr, 2016 08:40 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |