إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İlham Əliyev Bakıdakı Əjdərbəy məscidinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıdakı Əjdərbəy məscidinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişlər.

Dövlət başçısı və xanımı məscidin təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotostendə baxdılar.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidentinə və xanımına məsciddə görülmüş işlər barədə məlumat verdi. Bildirildi ki, 2010-cu ildə dövlətimizin başçısı müsəlmanların birliyinin rəmzi kimi ilk vaxtlar “İttifaq” məscidi adı ilə tanınan bu məbədin bərpası ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalamışdır.

Məsciddə yaradılmış şəraitlə tanış olduqdan sonra Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Şimali Qafqazın müftiləri ilə görüşdü.

Dövlət başçısı görüşdə çıxış etdi.

Sonra QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə, Rusiya Federasiyasının Adıgey Respublikası və Krasnodar vilayətinin müftisi Yemij Nurbıy, Şimali Osetiya-Alaniya Respublikasının müftisi Hacımurad Qatsalov, QMİ-nin Moskvadakı səlahiyyətli nümayəndəsi Şafiq Psixaçev, Tatarıstan Prezidenti Aparatının Dini Qurumlarla Əməkdaşlıq İdarəsinin rəisi Marat Qatin çıxış etdilər.

Görüşdə, həmçinin Qafqaz Xalqları Ali Dini Şurasının sədri və üzvləri adından Prezident İlham Əliyevin ad günü münasibətilə müraciət oxundu.

Daha sonra Prezident İlham Əliyev din xadimləri və ictimaiyyətin nümayəndələri ilə görüşdü.

Qurandan ayələr oxunduqdan sonra dövlətimizin başçısı çıxış etdi.

Sonra Çeçenistanın müftisi, Qafqaz Xalqları Ali Dini Şurası sədrinin birinci müavini Soltan Mirzəyev, Tatarıstan Prezidenti Aparatının Dini Qurumlarla Əməkdaşlıq İdarəsinin rəisi Marat Qatin və QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış etdilər.

Şeyxülislam hacı Allahşükür Paşazadə Prezident İlham Əliyevə müqəddəs Qurani-Kərim hədiyyə etdi.

Azərbaycan Prezidenti bir daha müftilərlə görüşdü, onlara uğurlar arzuladı.

president.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Dekabr, 2011  01:09 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!