|
Peyğəmbərin(s) mövludu münasibəti ilə Gürcüstan Müsəlmanları İdarəsi şeir müsabiqəsi elan edibHz. Məhəmməd Peyğəmbərin (s) qarşıdan gələn mübarək doğum günü münasibəti ilə Gürcüstan Müsəlmanları İdarəsi(BGMİ) şeir müsabiqəsi elan edib. Ahlibeyt.az-a GMİ-dən verilən məlumatda bildirilir: Əziz İslam Peyğəmbəri (s) haqda Azərbaycan və gürcü dillərində istənilən məzmunda, istənilən vəzndə yazılmış şeirlər (5 bənddən az olmamaq şərti ilə) müsabiqəyə təqdim edilə bilər. Müsabiqə iştirakçısının müsabiqə üçün yazdığı yeni şeir indiyə qədər heç yerdə dərc olunmamalıdır. Yaş məhdudiyyəti qoyulmayan müsabiqədə ümumilikdə 10 (5 azəri və 5 gürcü dilləri üçün) mükafat nəzərdə tutulub. Hər iki birinci yer üçün 2000, ikinci yer üçün 1000, üçüncü yer üçün 800, dördüncü və beşinci yerlər üçün isə 500 lari nəzərdə tutulub. Hz. Məhəmməd Peyğəmbərin (s) mübarək doğum günü münasibəti ilə keçirilən müsabiqə bu aydan başlayaraq 2017-ci ilin fevral ayının sonuna qədər davam edəcəkdir. Müsabiqəyə təqdim edilən bütün şeirlər şairlər və ədiblərdən ibarət münsiflər heyəti tərəfindən dəyərləndirildikdən sonra antologiya şəkilində dərc edilib keçirilməsi nəzərdə tutulan “Şeir axşamı” tədbirində müəlliflərə, din xadimlərinə və qələm əhlinə hədiyyə olunacaqdır. Müəlliflər şeirlərini fevralın 28-nə qədər aşağıda göstərilmiş e-mail ünvana və ya İdarənin facebook səhifəsinə (müəllifin şəkli və haqqında qisa məlumat və əlaqə telefonu vacibdir) göndərməlidirlər. E-mail: info.amag77@gmail.com Əlavə məlumat üçün telefon: +995 577623031 Təşkilatçılar: Gürcüstan Müsəlmanları İdarəsi Türkiyə Diyanət İşləri Başkanlığının Gürcüstan nümayəndəliyi
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Dekabr, 2016 10:42 ⁄ Çap
Bu bölmədə9 Sentyabr, 2025 Bu gün əziz İslam peyğəmbəri Hz.Məhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövlud günüdür4 Sentyabr, 2025 İslam dünyası Həzrət Məhəmmədin (s) “Mövlud həftəsi”ni qeyd edir1 Sentyabr, 2025 Bu gün İmam Həsən Əsgərinin (ə) şəhadət günüdür23 Avqust, 2025 Bu gün İmam Rzanın(ə) şəhadət günüdür |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |