إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Rusiya İslam Komitəsinin sədri Heydər Camal vəfat edib

Rusiya İslam Komitəsinin sədri, tanınmş teoloq Heydər Camal ötən gün gecə 70 yaşında dünyasını dəyişib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu barədə Rusiya mətbuatı məlumat verib.

Məlumata görə,tanınmış jurnalist Maksim Şevçenko öz fecebook səhifəsində  Heydər Camalın ölüm səbəbi ilə bağlı verilən sualı cavablandırarkən mərhumun  uzunsürən ağır xəstəlikdən  sonra vəfat etdiyini qeyd edib.

Hələlik Heydər Camalın rəsmi ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, ki, politoloq, yazıçı, filosof və şair olan Heydər Cahid oğlu Camal 1947-ci ilin 6 iyun tarixində Moskva şəhərində anadan olub. Əslən azərbaycanlıdır. Altı kitabın müəllifidir.

Allah rəhmət eləsin!

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Dekabr, 2016  09:54 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!