إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Kofi Annan Myanma müsəlmanların yaşadığı bölgələrə səfər edib

Myanmada insan haqlarının pozulması hallarını araşdıracaq komissiyanın sədri, BMT-nin sabiq baş katibi Kofi Annan Myanmada zorakılıqlara məruz qalmış Raxin bölgəsinə səfər edib.

Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə, K.Annan ötən gün Raxinin mərkəzi Sittewe səfər edib, oradan da Raxinin şimal bögləsinə səfər edəcək. Raxinin şimal bölgəsi hərbiçilərin güclü nəzarəti altındadır.

Kofi Annan həmçinin Myanma başçısı Aung San Su Çi ilə Raxində müsəlmanlara qarşı baş verən cinayətlər və bu problemlərin həlli istiqamətində görüləcək işlər haqqında müzakirə aparacaq.

Rohingiya bölgəsində müsəlmanların durumu çox ağırdır. Myanmar əsgərləri müsəlmanların kəndlərini yandırır, qadınlara hörmətsizlik edir və bölgədə müsəlmanlara qarşı vəhşiliyi davam etdirirlər.

Myanmanın Raxin vilayətinin müsəlmanları(Rohinya müsəlmanları) 2012-ci ildən ifratçı buddistlərin qırğınlarının hədəfinə çevrilib.

Myanmar dövləti Rohinya müsəlmanlarının vətəndaşlıq hüquqlarını qəbul etməyərək onları qeyri-qanuni mühacir adlandırır.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Dekabr, 2016  12:59 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!