|
• DünyadaQMİ sədri İran və Qafqaz ölkələri din alimlərinin toplantısına qatılacaqDekabrın 2-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyəti İrana səfər edəcək. Ahlibeyt.az-ın Azertac-a istinadən verdiyi məlumata görə,Səfər çərçivəsində A.Paşazadənin İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi və Prezident Həsən Ruhani ilə görüşləri də nəzərdə tutulub. İran mətbuatının məlumatına görə,dekabr ayının 3-də İran və Qafqaz ölkələri din alimlərinin iştirakı ilə "Müsəlman rəhbərlərin zorakılıq və radikalizm ilə mübarizədə rolu" mövzusunda konfransı "İslami Əlaqələr və Mədəniyyət Təşkilat"ında baş tutacaq. Konfransa "İslami Əlaqələr və Mədəniyyət Təşkilat"nın rəbəri Əbuzər İbrahimi Türkəman,"İslam Məzhəblərin Yaxınlaşdırılması Təşkilatının"(TƏQRİB) baş katibi Ayətullah Möhsin Əraki,Ayətullah Üzma Xameneinin məşvərətçisi Ayətullah Təsxiri,din xadimləri və xarici ölkələrdən dəvət olunmuş qonaqlar iştirak edəcək. Azərbaycan və şimali qafqaz respublikaları Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyx Allahşükür Paşazədinin rəhbərliyi ilə 14 nəfərlik heyətlə Tehrana gələrək bu seminarda iştirak edəcəklər. Məlumata görə, Qafqazı təmsil edəcək 7 bölfgənin əhl- sünnə müftiləri və şiə alimləri təşkil etdiyi bu 14 nəfərlik heyət Şeyx Allahşükür Paşazadənin rəhbərliyi ilə Cümə günü, Dekabr ayının 2-də Tehranda "İslami Əlaqələr və Mədəniyyət Təşkilat"ının qonağı olacaqdır. Bu heyət seminar səfəri çərçivəsində İran İslam Respublikasının yüksək vəzifəli rəsmiləri ilə də görüşlər keçirəcəkdir. Nümayəndə heyəti Məşhəd və Qum şəhərlərindəki müqəddəs məkanları ziyarət edəcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Dekabr, 2016 13:28 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |