إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

ABŞ-dan müsəlmanlarla bağlı açıqlama

Ağ Ev insanları sırf onların müsəlman olduqlarına görə terrorçuluqda şübhəli bilməməyə səsləyib.

Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, RİA agentliyinin məlumatında bildirilir ki,bunu  ABŞ prezidentinin mətbuat katibi Coş Ernest brifinq zamanı jurnalistlərə açıqlama zamanı səsləndirib.

"Əgər biz müəyyən bir dinə inanan insanlara qarşı şübhələri artırsaq, o zaman biz onlara qarşı olan hücumların sayının artmasına səbəb ola bilərik.", - deyə Ernest bildirib.

Qeyd edək ki, bazar ertəsi günü ABŞ-ın Ohayo ştatının Universitetində hücum olmuşdu. Hücumun məsuliyyətini İŞİD terror təşkilatı öz üzərinə götürmüşdü. Lakin, İŞİD-in məlum terror aktında həqiqətən əlinin olub-olmaması hələ məlum deyil.

Xatırladaq ki, bazar ertəsi günü Kolambusda 20 yaşlı Əbdül Rəzzaq Əli Ərtan idarə etdiyi maşını ilk öncə universitet ərazisindəki piyadaların üzərinə sürüb, daha sonra isə əlində bıçaqla maşından çıxaraq insanlara hücum edib. Ən son məlumatlara əsasən, 11 nəfər xəstəxanaya yerləşdirilib. Hücum edən şəxsin özü də həmin universitetdə təhsil alırmış. Polis hücumun planlaşdırılmış terror aktı olduğunu istisna etmir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Noyabr, 2016  11:17 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!