|
• DünyadaABŞ-ın Stilvater kitabxanasında Quranın qadınlar barədə ayələri araşdırıldıAmerikanı siyasi, dini və irqi gərginliyin bürüdüyü bir vaxtda Stilvater şəhər sakinləri şəhərin mərkəzi kitabxanasında toplaşdılar ki, İslami doktrinada İslam və qadınların rolunu araşdırsınlar. Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə,ABŞ-ın Stilvater şəhər sakinləri bu şəhərin mərkəzi kitabxanasında təşkil olunan "İslam doktrinası baxımından İslam və qadınların rolu" ilə tanış olmaq üçün dəvət alaraq toplanıblar. Bu proqram "qadınların rolunun daha yaxşı tanınması" devizi ilə qadınlar üçün Amerika cəmiyyətində ədalətin bərpası hədəfi ilə fəaliyyət göstərən "Amerika Universitetləri Qadınları Birliyi" tərəfindən və Stilvater şəhərinin mərkəzi kitabxanasının həmkarlığı ilə baş tutub. Minneapolis şəhərində İslam maarifi və mədəniyyət sahəsində aktiv təşkilatlarından biri olan "İslami Mənbələr Fakültəsi"ndən Hənadi Şəhabuddin bu toplantıda çıxış etmək üçün dəvət olunanlardan biri idi. Hənadi Şəhabuddin əslən Livandandır, Kanadada yaşayır və Amerika cəmiyyətinə İslam maarifinin təlimləri yönündə fəaliyyət göstərir. O, livanlı olduğu üçün özünün Ərəbistan və Əfqanıstandakı müsəlman xanımlara nisbətən daha çox hüquq və azadlıqdan bəhrələnmişdir. H.Şəhabuddin çıxışı zamanı bildirib: " Bilməli olduğumuz ilk nöqtə budur ki, din və mədəniyyət bir-birindən tam olaraq fərqli kateqoriya və məfhumlardır. İslam adını daşıyan və müsəlmanlar yaşayan hər ölkənin mədəniyyəti təkcə bu səbəbə ki, orada müsəlmanlar yaşayır lüzumən İslami, Quran təlimlərinə və Həzrət Məhəmmədin (s) sünnəsinə uyğundur demək deyildir. Təhsil, mülkiyyət hüququ, ticarət hüququ və digər bu kimi hüquqlar İslam Peyğəmbərinin (s) zamanında qadınların hüquqlarından sayılırdı və Peyğəmbərin (s) öz xanımı Həzrət Xədicə (s) özü də tacir bir xanım olub ki, İslam Peyğəmbəri (s) risalətdən öncə onun üçün işləyirdi. Həmçinin İslamda qadınlar üçün bu hüquqda nəzərdə tutulmuşdur ki, işləmək istəmədikləri halda rifahi və maddi təhlükəsizlikləri qorunur. O,Amerikalıların İslam və müsəlman qadınlar barəsində formalaşan bir çox fikirlərə işarə edərək bu təsəvvürlərin yanlış olduğunu göstərən Quran ayələri tilavət və təfsir etdi və qadınların ictimai rolunu Quran baxımından açıqladı. Hənadinin çıxışından sonra bu proqramın təşkilatçılarından olan Suzan Filçer proqramın çoxsaylı xanımlar tərəfindən maraqla qarşılanması barədə xoşhallığını və heyrətləndiyini bildirdi və dedi ki, ümid etmirdim bu proqram belə maraqla qarşılansın. Fikrimcə cəmiyyət də belə proqramların tərəfdarıdırlar ki, son aylarda mənfi atmosferdə sıxıntıya düşmüş insanlara öz dəstəklərini göstərə bilsinlər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Noyabr, 2016 11:30 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |