إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Məsihi islamşünas: Müsəlman kimi İmam Səccadın(ə) çəkdiyi qəmə ağlamışam

Bəndər Abbasda "İmam Səccadın(ə) irfani və əxlaqi nuraniyyəti" adlı konfransda çıxış zamanı xristian islamşünas Mişel Kədi bildirib ki, İmam Səccadın(ə) həyatını və yaradıcılığını kamil öyrənmək üçün onun barəsində 19 əhatəli kitab oxumuşam və onları xülasə olaraq "İmam Səccad(ə) - İmam Əlinin(ə) gözünün nuru" adlı kitabımda cəmləşdirmişəm.

İmam Səccad(ə) kimi imamın həyatının araşdırılması o səbəbdən mühümdür ki, onlar insanlıq üçün nümunə və hidayət çırağıdırlar deyən Mişel Kədi deyib ki, mənim o böyük şəxsiyyətlə yaxından tanış olmağım səbəb oldu ki, müsəlman kimi onun çəkdiyi qəmlərə ağlayım.

İmam Səccadı(ə) dərin araşdırdıqca, onun İmam Hüseynin(ə) varisi olmağı nəticəsinə gəldim deyən islamşünas alim bildirib ki, təəssüflər olsun ki, onun həyatının bəzi hissələri o şəhid olanadək gecələr xəlvət imkansızlara yemək-içmək paylaması kimi gizli qalmışdır.

İmam Səccadın(ə) Kərbəladan sonra həmişə kədərli olmasına İmamın(ə) öz dili cavab verən Mişel Kədi deyib ki, Hz.Səccad(ə) nəyə görə daim kədərlisiz sualına cavab olaraq bildirmişdir ki, Hz.Yəqub(ə) bir balasının sağ olduğunu bildiyi halda əldən verdikdə o qədər ağladı ki, gözləri tutuldu. Mən Kərbəlada 17 "Yusif"i əldən vermişəm, indi deyirsiz qəmgin olmayım?

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Dekabr, 2011  03:46 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!