|
• DünyadaBelorusiya prezidenti "Quran"ı öpməsinə aydınlıq gətirib - FotoBelorusiya prezidenti: "Quran"ı öpdüm çünki mən ölkədə yaşayan müsəlmanların da prezidentiyəm. Ahlibeyt.az-ın Rusiya mediasına istinadən məlumatına görə,bunu Belorusiya prezidenti A.Lukaşenko öz açıqlamasında bildirib. Bu il noyabr ayının 11-də Türkiyə prezidenti R.T.Ərdoğanın iştirakı ilə Minsk Came məscidinin açılışında Quranı öpən Belarusiya prezidenti buna görə onu qınayanlara " Mən Belorusiya müsəlmanlarının prezidenti olduğum üçün Quranı öpdüm" deyə cavab verib. Belarusiya respublikasının prezidenti, son çıxışında Quranı öpdüyünə görə onu tənqid edənlərə cavab verərək deyib: "Mənə məlumat verdilər ki, bəzi "kiv"-lər və media nümayəndələri Quranı öpdüyüm üçün məni tənqid edib və qınayıblar. Mən Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanla bu mərasimdə iştirak edirdim və mərasimdə ona bir Quran nüsxəsi hədiyyə etdilər. O, bu hədiyyəni alaraq öpdü. Ondan sonra isə bir Quran nüsxəsi də mənə hədiyyə etdilər. Mən burada nə etməli idim?! Buna görə qərara aldım ki, Ərdoğanın etdiyini təkrar edim." Belorusiya prezidenti qeyd edib ki,Belorusiyada müsəlmanlar,katoliklər və prvoslavlar arasındakı münasibətlər olduqca yaxşıdır,ölkə qanunvericiliyində isə bütün dinlərə eyni hüquqlar nəzərdə tutulub. O,həmçinin bildirib ki,mən ölkə prezidentiyəm, ölkəmdə minlərlə müsəlman yaşayır və onlar indiyə qədər heç bir problem yaratmayıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Noyabr, 2016 13:30 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |