إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Bu gün İmam Səccadın(ə) şəhadət günüdür

Bu gün 21 dekabr, Məhərrəm ayının 25-i Hz.İmam Səccadın(ə) şəhadət günüdür. Bu münasibətlə başda Hz.Qaim(ə.f) olmaqla, bütün Əhli-Beyt(ə) aşiqlərinə təsliyyət deyirik.

Təbərrük olaraq İmam Səccadın(ə) "Səhifeyi-Səccadiyyə"sindən Allahla olan münacatlarından birini qeyd edirik:

Ey həlledilməz işləri həll edən və əzabları yüngülləşdirən Allah!
Ey əzablardan yaxa qurtarmaq istənilən Allah!
Sənin qüdrətin ilə çətinliklər aradan qalxır və Sənin rəhmin ilə  işlər həyata keçir. Tale öz işlərini Sənin hökmün ilə həyata keçirir və hər şey Sənin hökmünlə baş verir. Dünyada hər şey Sənə tabedir və heç nə başqalarının əmrinə möhtac deyil. Sənin ixtiyarın olmadan heç bir iş baş vermir və bunun üçün başqa birinin qadağası tələb olunmur.
 Sən vacib işlərdə çağırılan və çətin anlarda sığınacaq axtarılan Allahsan. Heç bir fəlakət bizim başımızın üstündən keçməz, əgər Sən onu qovmasan və heç bir qüssə bizim qəlblərimizi tərk etməz, əgər Sən onu  əritməsən.
Ey mənim Allahım! Mən elə çətinliklər çəkirəm ki, ağırlığı məni əldən salır. Mən elə iztirablar çəkirəm ki, onlara tab gətirmək gücündə deyiləm. Bu əzab-əziyyətlər mənə Sənin hökmün ilə göndərilir. Heç kim Sənin göndərdiyini qaytara bilməz, Sənin bağladığın qapını aça, açdığın qapını isə bağlaya bilməz. Heç kim Sən iztirablara düçar etdiyin kəsin əzablarını yüngülləşdirə bilməz və heç kəs Sənin alçaldığın kəsi yüksəldə bilməz. Məhəmmədə və onun ailəsinə salam göndər!
Ey mənim Rəbbim! Öz hikmətin ilə rahatlıq qapılarını mənə aç və Öz qüdrətin ilə məndə qəm gücünü ram et, rəhm ilə mənim şikayətimə qulaq as və diləklərimin həyata keçməsi ləzzətini duymağı mənə bəxş et, Mənə Öz rəhmini və problemlərimin həllindən doğan sevinc yetir və qurtuluş qapılarını üzümə aç!
Öz qüssəmin səbəbindən məni Sənin vacib buyurduğun əməlləri yerinə yetirməməyə qoyma!
Ey mənim Rəbbim! Mənə göndərdiyin əzablar qarşısında acizəm. Səbr kasam payıma düşən qüssə ilə dolub aşır. Yalnız Sən bu qüssəni götürə və düşdüyüm fəlakəti məndən uzaqlaşdıra bilərsən. Buna layiq olmasam da məni əzablardan qurtar! Ey aləmlərin Rəbbi!

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Dekabr, 2011  05:33 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!