إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür

16 noyabr Beynəlxalq tolerantlıq günüdür - Beynəlxalq Tolerantlıq günü 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib.

ahlibeyt.az-ın məlumatına görə, BMT Baş Assambleyasının 1996-cı il qərarına əsasən quruma üzv ölkələrə hər il noyabrın 16-da Beynəlxalq tolerantlıq günü kimi qeyd etmək və bununla bağlı təhsil müəssisələrində, eləcə də geniş ictimai arasında müvafiq tədbirlər keçirmək tövsiyyə olunub.

Son illərdə dünyada ekstremizm və zorakılığın güclənməsi müşahidə olunur. Tolerant yanaşmanın zəif olması bu mənfi tendensiyanın güclənməsinə təkan verir.

Beynəlxalq Tolerantlıq günü dini inanclarda təcəssüm olunan müxtəliflilik, təhlükə deyil, əksinə, dəyərli bəxşişdir.

Bu gün Azərbaycan dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, xalqlar, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Prezident İlham Əliyevin dindarlarla keçirdiyi görüşlər, Ramazan bayramlarında ənənəvi olaraq din xadimləri ilə iftar süfrələrində birgə iştirakı və bu mərasimlərə Azərbaycanda mövcud digər dini icmaların nümayəndələrinin də qatılması ölkədə tolerant düşüncənin artıq tam bərqərar olduğunun göstərir. Prezident İlham Əliyev dindarlarla görüşlərində İslam dininə elmi yanaşmanı, İslam elminin və fəlsəfəsinin öyrənilməsini mühüm şərt kimi səciyyələndirib.

Dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgəyaşayışında görən Azərbaycan Prezidenti İlham Əliyev bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Noyabr, 2016  12:49 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!