إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Cibutidə ən böyük məscid tikiləcək

Türkiyə hakimiyyəti Cibutidə ən böyük məscid tikməyi planlaşdırır. Məscidin tikintisi 32 il çəkəcək. Məscidin ərazisi 10 hektar olacaq. Məsciddə eyni zamanda 4 min nəfər namaz qıla biləcək.

Maide.Az xəbər verir ki, Türkiyə dövləti bu məscidi Osmanlı memarlıq üslubu ilə tikməyi planlaşdırır.

Cibuti Şərqi Afrikada kiçik bir ölkədir. Qonşuları şimalda Eritreya, qərbdə və cənubda Efiopiya, cənub-şərqində isə Somalidir. Qırmızı dənizə və Ərəb dənizinin Ədən körfəzinə çıxışı vardır. Ərəbistan yarımadasında olan Yəməndən 20 kilometr uzaqlıqdadır. Paytaxtı Cibuti şəhəridir. Xalqın 95%-i müsəlmandır.

Əhalisinin sayının 900 min nəfərə qədər olan ölkə əhalisinin əksəriyyəti şafei məzhəbinin davamçılarıdır və ölkədə 8 mindən çox şiə məzhəbi davamçılarının olduğu qeyd olunur.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Noyabr, 2016  11:54 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!