|
|
“Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” adlı tədbir keçirilib - FotoTədbirin sonunda bir neçə şəhid ailəsinə maddi yardım edilib, Milli Qəhrəmanlara həsr olunan film nümayiş etdirilib.
Ahlibeyt.az-ın Apa-ya istinadən xəbərinə görə,Respublika Veteranlar Təşkilatında “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” adlı seminar-müşavirə keçirilib.
Tədbir Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” adlı layihənin icrasını təmin etmək məqsədi ilə təşkil olunub. Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov bildirib ki, tədbirin əsas mahiyyəti vətən qarşısında mühüm xidmətləri olan qəhrəmanların keçdiyi həyat yolunun gənclərə daha yaxından tanıdılması məqsədi daşıyır. C. Xəlilov qeyd edib ki, bu qəbildən olan silsilə tədbirlər respublikanın bir neçə şəhər və rayonunda keçirilib. "Biz gənc nəslin Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına hər an hazır olmaları məqsədilə müvafiq təbliğat işləri aparırıq" - deyə o qeyd edib. Tədbirdə Qarabağda şəhid olan hərbçilərin döyüş yolundan bəhs olunub. Seminar-müşavirədə veteranlar, dövlət və ictimai təşkilatların nümayəndələri, şəhid ailələri, gənclər iştirak edib. Seminar-müşavirədə “Azərbaycan qəhrəmanlar diyarıdır”, “Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifəsidir”, “Torpaq uğrunda ölən varsa Vətəndir”, “Milli qəhrəmanlarımız” mövzularında məruzələr dinlənilib. Tədbirin sonunda bir neçə şəhid ailəsinə maddi yardım edilib, Milli Qəhrəmanlara həsr olunan film nümayiş etdirilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Noyabr, 2016 11:55 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |