إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Təbriz "Azərbaycanda Aşura ədəbiyyatı" mövzusunda II beynəlxalq konfransa ev sahibliyi edəcək

"Azərbaycanın Aşura Ədəbiyyatı" yaradıcılarının xatirəsinin əbədiləşdirilməsi mövzusunda ikinci beynəlxalq konfrans cari ayda Təbrizdə keçiriləcək.

Ahlibeyt.az-ın İqna-ya istinadən məlumatına görə, "Azərbaycanın Aşura Ədəbiyyatı" yaradıcılarının xatirəsinin əbədiləşdirilməsi mövzusunda ikinci beynəlxalq konfrans gələn həftənin birinci günü, Noyabr ayının 7-də Təbriz universitetində keçiriləcək.

Bu konfrans Təbriz universitetinin təşəbbüsü və İran, Azərbaycan, Gürcüstan və Ərzurumdakı mədəniyyət işləri idarəsinin həmkarlığı ilə keçiriləcəkdir.

Konfransın keçirilməsi yönündə İranın Bakıdakı mədəniyyət işləri idarəsinin vasitəsiçiliyi ilə Azərbaycanın tanınmış Əhl-Beyt (ə) şair və məddahlarından altı nəfər Təbrizdə qonaq olacaqlar.

Qeyd edək ki, konfransın keçirilməsindən məqsəd Azərbaycan, Türkiyə və Gürcüstanda olan Əhl-Beyt (ə) şairlərinin, məddahları və araşdırmaçılarının xatirəsini anmaq və onların Aşura və məhərrəmliklə bağlı yeni yaradıcılıqları ilə tanış olmaqdır.

Həmçinin bu toplantı Əhl-Beyt (ə) şair və məddahlarının dəyərləndirilməsi və anılmasından əlavə İran və qonaq ölkələr arasında mədəni və diplomatik əlaqələrin genişləndirilməsinə və yaxınlaşdırılmasına kömək edir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Noyabr, 2016  11:27 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!