|
• DünyadaTürkiyədə qurulacaq RƏM İsraili qoruyacaqTürkiyənin siyasi partiyalarından olan "Xalqın Səsi Partiyası"nın sədr müavini Şərəf Malkoç Malatyada qurulacaq raketdən müdafiə sisteminin(RƏM) Türkiyəyə yalnız ziyan vuracağını və başını bəlaya soxacağını deyib. Şərəf Malkoç belə deyib: "Bu RƏM Polşada qurulmalı idi. Amma camaat küçələrə çıxdı və buna etiraz etdi və əngəllədilər. Axı Avropanı qoruyacaq RƏM-in Türkiyədə nə işi ola bilər? Fikrimcə, bu RƏM İsraili qorumaq üçündür. Bu RƏM bizim baş ağrımız olacaq. Amerikalılar bizə bu RƏM-i qorumağa ehtiyac var. Gəlin sizə "Patriot" raketləri sataq və siz o raketləri RƏM-in ətrafında yerləşdirin və əgər sizə hücum olarsa, bu sistem 8 saniyəyə onları qeydə alacaq və məhv edəcək deyirlər. Mən soruşuram: Axı, RƏM-in bizim torpaqlarda nə işi var? Bizə qarşı niyə hücum olmalıdır ki, biz də qarşısını alaq? Ümumiyyətlə, bu çirkin müharibədə bizim nə işimiz var?" Şərəf Malkoç həmçinin baş nazir Ərdoğanı Suriyada tutduğu mövqeyinə görə qınayaraq bildirib ki, ölkə üçün mühüm olan bu tip qərarları gərək referendumlarda müzakirəyə çıxaraq. Şərəf Malkoç ölkədə cərəyan edən mənəvi boşluğa işarə edərək deyib ki, əksər internet saytları, seriallar və filmlər Türk ailəsini dağıtmağa yönəlib ki, məhz bu səbəbdən bu gün Türkiyədə məhkəmələrinə 1 mln. 400 min boşanma müraciəti daxil olmuşdur. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Dekabr, 2011 18:42 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |