|
Ayətullah Misbah Yəzdi: "İmamlar ömürlərinin böyük hissəsini təqiyyədə keçirdilər""Danışarkən dinləyicinin tutumu nəzərə alınmalıdır. Dinləyicinin dərk edə bilməyəcəyi bütün mətləblər "sirr" hesab olunur. Hər adamın yanında izharı mümkün olmayan tövhid, nübüvvət, vilayət maarifi də sirdir. Əgər bunu nəzərə almasaq insanlar yolunu azar, cəmiyyətdə ixtilaflar yaranar. Hər hansı ictimai-siyasi məsələ də sirr ola bilər. İmam Hüseyndən (ə) sonra imamlar ömürlərinin böyük hissəsini təqiyyədə (əqidəni gizləmək halında) keçirdilər. Çünki mövcud hakimiyyət onların həqiqətini dərk etmək qüvvəsində deyildi. Həqiqət açıqlayan hər bir kəsi şəhadət gözləyirdi. Ona görə də məsum imamlar əvvəlcə hal əhlini tapır, sonra onun tutumunu yoxlayır, daha sonra onu tədricən həqiqətin qəbuluna hazırlayırdılar. Demək, ədalətsiz hakimiyyət qarşısında sirr saxlamaq vacib göstərişlərdəndir. İmam Sadiq (ə) Əbdullah ibn Cündəbə buyuruğunda təbliğatda doğru yol gedənləri bəyənir, bu işdə Əhli-beyt sirrini açanlara xəbərdarlıq edir. İmam Sadiqin (ə) dövründə məhdud sayda insan onun imamətini qəbul etmişdi. Əksəriyyət isə bu məqamdan xəbərsiz idi. Hətta imam övladları arasında imamət məsələsindən xəbərsiz olanlar vardı". (Ustad Misbah Yəzdinin "Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri" kitabından). Mənbə:İslam.az
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Oktyabr, 2016 15:43 ⁄ Çap
Bu bölmədə15 Mart, 2025 Bu gün İmam Həsən Müctəbanın mübarək mövlud günüdür10 Fevral, 2025 Bu gün Hz.Əli Əkbərin(ə) mövlud günüdür4 Fevral, 2025 Bu gün İmam Səccadın(ə) mübarək mövlud günüdür2 Fevral, 2025 Bu gün İmam Hüseynin(ə) mübarək movlud günüdür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |