إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İraq ordusu Mosul və Həvvica əməliyyatına hazırlaşır - Foto

İraq ordusu İŞİD terror təşkilatının nəzarətində saxladığı Mosulun azad edilməsi əməliyyatı üçün bölgəyə hərbi qüvvə göndərir.

Ahlibeyt.az-ın eastnews-a istinadən məlumatına görə, orduya bağlı 76-cı briqadası ağır silah və zirehli nəqliyyat vasitələri ilə ölkənin qərbindəki Ənbar vilayətindən Mosulun cənub və şərq cəbhələrinə doğru hərəkət edir.

Ordudan bildirilir: "Qüvvələrimiz hazırda Mosulun cənub-qərb cəbhəsindəki Şərqat qəsəbəsi və şərqindəki Mosul Bəndi cəbhəsinə doğru hərəkət edir. Mosulun azad edilməsi üçün ordunun bütün hazırlıqlarının təxirəsalınmaz şəkildə davam etdirilir və İraq əsgərlərinin əhval-ruhiyyələrinin yüksəkdir."

Məlumatda bildirilir ki, Həviccə şəhərinin İŞİD terrorçularından azad etmə əməliyyatına da hazırlıq gedir.

İraq ordusu və könüllülərin ölkənin mərkəzində yerləşən İŞİD terrorçularının son mövqeyini məhv etmək və Kərkük vilayətinin eyni adlı şəhərini İŞİD terrorçularından qorumaq üçün təhlükəsizlik səddi yaratmaq olduğu bildirilir.

Ordu qüvvələri İŞİD terrorçularını Səlahəddin vilayəti inzibati sərhədlərinə kimi sıxışdmağı planlaşdırır. Həviccənin İŞİD terrorçularından azad edilməsi əməliyyatının 72 saat ərazində başlayacağı bildirilir. İraq ordusu və könüllülər son hazırlıq işlərinin tamalandığını bildirib


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Oktyabr, 2016  15:13 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!