إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Bəhreynli mərce-təqlid Ayətullah İsa Qasimin müdafiəsiylə bağlı fətva verdi

"Bu gün islamı və ölkədə rəhbər olan Ayətullah İsa Qasimi müdafiə etmək ən böyük vəzifələrdəndir."

Ahlibeyt.az-ın İslamazeri.az-a istənadən verdiyi xəbərə görə,bu barədə “Farsnews”-məlumat yayıb.

Bəhreynin mərce-təqlidlərindən Ayətullah Kazım Hairi Ayətullah İsa Qasimin müdafiəsiylə bağlı yeni fətva verib.

Ayətullah Kazim Hairi fətvasında belə bildirib:

“Bu gün islamı və ölkədə rəhbər olan Ayətullah İsa Qasimi müdafiə etmək ən böyük vəzifələrdəndir. Möminlərə vacibdir ki, islamın, müqəddəslərinin və Ayətullah Qasimin müdafiəsi üçün əllərindən gələni etsinlər və onu Ali-Xəlifənin (Bəhreyndə iqtidarda olan rejim - red.) hiylələrindən qorusunlar. Bu yolda ziyan və xəsarət görənlərin əcri Allah yanındadır və Allah bağışlayan və mehribandır.”

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Oktyabr, 2016  12:10 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!