|
• DünyadaMosul əməliyyatında qəti şəkildə iştirak edəcəyik - Türkiyənin müdafiə naziri "Türkiyə Mosul əməliyyatında qəti şəkildə iştirak edəcək."
Ahlibeyt.az-ın SalamNews-a istinadla xəbərinə görə, bunu ölkənin müdafiə naziri Fikri Işık “Habertürk”ə açıqlamasında bildirib.
O deyib: "Mosul əməliyyatında 100 faiz iştirak edəcəyik. Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi əməliyyat çərçivəsində isə əl-Baba qədər gedəcəyik. Amma bunu öz metodlarımızdan istifadə edərək həyata keçirəcəyik."
Bundan əvvəl F.Işık Türkiyənin sözügedən əməliyyatlarda iştirakı ilə bağlı ilkin şərtini açıqlayıb. O, rəsmi Ankaranın Mosul və Rakkada həyata keçiriləcək əməliyyatlarda PYD və ya YPG-nin iştirakına qarşı çıxdığını söyləyib: “Burada yerli qüvvələrdən istifadə etmək lazımdır."
Qeyd edək ki, Türkiyə Baş naziri Binali Yıldırım parlamentdə çıxışı zamanı bildirib ki,Mosul İŞİD terror təşkilatından azad edilməsindən sonra məzhəblərarası münaqişə zonasına çevrilə bilər: "Təl-Afərdə həm şiə, həm də sünnilər yaşayır.Əgər müvazinət pozulsa, o zaman böyük faciə baş verə bilər. Demoqrafik və etnik strukturun pozulması sabitlik əvəzinə münaqişəni daha da dərinləşdirəcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Oktyabr, 2016 13:30 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |