|
• DünyadaABŞ Suriya ordusu mövqelərinə zərbələr endirməyi nəzərdən keçirirMüzakirə iştirakçılarından birinin sözlərinə görə, nəzərdən keçirilən variantlar arasında Suriya HHQ-yə məxsus uçuş-eniş zolaqlarına qanadlı raketlər və digər uzaq radiuslu silahlarla zərbələrin endirilməsi var. Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə,bu barədə "The Washington Post" məlumat yayıb. Bildirilir ki, ABŞ hökuməti Suriya münaqişəsinə hərbi müdaxilənin mümkünlüyünü gözdən keçirir. Ötən həftə Ağ Evdə Dövlət Departamenti, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və ABŞ Silahlı Qüvvələri Qərargah Rəislərinin Birləşmiş Komitəsinin (QRBK) görüşü baş tutub. Görüşdə Suriya ordusu mövqelərinə hava zərbələrinin endirilməsi məsələsi müzakirə olunub. Ehtimal edilir ki, məsələnin müzakirəsi prezident Barak Obamanın rəhbərliyi altında keçiriləcək Milli Təhlükəsizlik Şurasının iclasında da davam etdiriləcək. Görüş bu həftə sonu keçirilə bilər. Müzakirə iştirakçılarından birinin sözlərinə görə, nəzərdən keçirilən variantlar arasında Suriya HHQ-yə məxsus uçuş-eniş zolaqlarına qanadlı raketlər və digər uzaq radiuslu silahlarla zərbələrin endirilməsi var. O cümlədən də, əməliyyatın gizli şəkildə keçirilməsi təklifi də səslənib. Səbəb isə Ağ Evin BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan Suriya ordusu mövqelərinə zərbələrin endirilməsinə qarşı etirazlarını ötüb keçməkdir. Bundan əlavə, MKİ və QRBK-nin nümayəndələri Suriya rəhbərliyinə tuşlanmış bu hərəkətlərin mümkünlüyünü dəstəkləyiblər. Eyni zamanda bu strukturlarda hesab edirlər ki, Hələbin süqutu "ABŞ-ın Hələbdəki anti-terror məqsədlərini" poza bilər. Bununla yanaşı, Obamanın hava zərbələrinin endirilməsini təqdir edəcəyi az ehtimala sahibdir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Oktyabr, 2016 13:08 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |