|
• DünyadaTürkiyə Rakka əməliyyatı ilə bağlı ilkin şərtini açıqlayıb"Rakka əməliyyatı PYD, PKK və YPG qüvvələri olmadan həyata keçirilsin, Türkiyənin ilkin şərti budur." Ahlibeyt.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin müdafiə naziri Fikri Işık bildirib. Onun sözlərinə əsasən, Türkiyə əməliyyatlarda yerli qüvvələrin iştirakını dəstəkləyir: "O bölgənin insanlarından başqa oraya kənar oyunçular cəlb etsəniz, sabah İŞİD oradan təmizlənsə də, daha böyük problemlər yaranmış olacaq. Çünki o bölgənin demoqrafik quruluşu var, o demoqrafik quruluşu dəyişdirmək üçün atılan hər addım bölgədə daha böyük gərginliklərə, daha böyük problemlərə səbəb olur. Bu səbəblə bizim Amerikaya söylədiyimiz budur. Fikrimizi Londonda Amerikanın müdafiə nazirinə də çatdırdıq. Həm Mosulda, həm Rakkada PYD və ya YPG qətiyyən iştirak etməməlidir. Burada yerli qüvvələrdən istifadə etmək lazımdır." F.Işık əlavə edib ki, əməliyyatlar zamanı Türkiyə koalisiya çərçivəsində dəstək verəcək: "Biz müxtəlif şəkildə dəstəkləyə bilərik. O dəstəyi verək, amma əsasən yerli qüvvələr cəlb edilsin."
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Oktyabr, 2016 15:49 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |