إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Suriyada minlərlə iranlı terrorçulara qarşı vuruşur

"İran bizim Suriya probleminin həll edilməsində möhkəm həmkarımızdır."

Ahlibeyt.az İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən, Rusiya Straterji Araşdırmalar İnstitunun (RSAİ) direktoru, Xarici Kəşfiyyat Xidmətinin (XKX) istefada olan general-leytenantı Leonid Reşetnikov verdiyi müsahibədə bildirib ki, minlərlə iranlı könüllü Suriyada İŞİD terror təşkilatına qarşı döyüşür.

"Orada (Suriyada) İranın daimi ordusu yoxdur. Söhbət İnqilab Keşikçiləri Korpusundan gedir. Korpusdan və ehtiyatda olan ordudan çox sayda könüllü var. Yeri gəlmişkən onların könüllülərlə bağlı çatışmazlığı yoxdur. Söhbət minlərdən gedir.", - deyə direktor bildirib.

Onun sözlərinə görə, İŞİD-ə qarşı birgə mübarizə Rusiya və İran arasındakı gələcək əməkdaşlığın təməlini qoyur. "İran bizim Suriya probleminin həll edilməsində möhkəm həmkarımızdır. Bəli, ərəb dünyası da bizə ümidlə baxır. İstisnanı Fars körfəzindəki ərəb ölkələri təşkil edir.", - deyə Reşetnikov bildirib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Sentyabr, 2016  17:48 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!