إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Cənnəti: "Bu məkanlar insan ruhunun çevrilməsinə və yüksəlməsinə səbəb olur"

"Allah imamların (ə) hörmətinə bu torpaqları ixtilafdan uzaq etsin, Ali-Səud vəhhabi və təkfirçi qrupların kökünü kəssin."

Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə,bunu İraq səfərindən ölkəyə geri dönən İranın Xobreqan məclisinin rəhbəri, Ayətullah Cənnəti mətbuata açıqlama verərkən bildirib.

İraqda olan müqəddəs məkanların önəminə toxunan Cənnəti deyib:

“Bu səfər müqəddəs bir səfərdir və dünyanın heç bir yeri bu məkanlar kimi mesaja sahib deyil. Bu məkanlar insan ruhunun çevrilməsinə və yüksəlməsinə səbəb olur.”

İraqın daxili məsələlərinə də toxunan Ayətullah Cənnəti bildirib:

“Ölkənin daxili təhlükəsizliyi inkişaf etməkdədir. Bunun ən təsirli səbəblərindən biri ölkədə olan könüllü xalq dəstələri, yəni "Həşd-Şəbi"dir. Bu kimi qrupları bizə ərməğan edən İmam Xomeyniyə (r) Allah rəhmət etsin. İraqı İŞİD-dən xilas edən məhz bu qüvvələr idi.

Ayətullah Sistaninin də bu mübarizələrdə özünə məxsus rolu var. Onun ölkənin müdafiəsiylə bağlı fətvası olmasaydı, bu dəstələr yaranmaz və İŞİD Bağdada çatardı. İraq milli koalisiyasının rəhbəri Seyid Əmmar əl-Həkimə tövsiyə etdim ki, ixtilaflı məsələlərdə Ayətullah Sistaniyə müraciət etsinlər. Allah imamların (ə) hörmətinə bu torpaqları ixtilafdan uzaq etsin, Ali-Səud vəhhabi və təkfirçi qrupların kökünü kəssin.”

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Sentyabr, 2016  13:36 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!