|
• DünyadaGürcüstanda “Aşura vaqiəsi” və "Kərbəla qiyamı" adlı rəsm yarışması elan edilibGürcüstan Müsəlmanları İdarəsi (GMİ) gələn ay Məhərrəm ayının başlanması ilə bağlı rəsm müsabiqəsi elan edib. Ahlibeyt.az-ın məlumatına görə, GMİ-nin şeyxi Hacı Ramin İgidov açıqlama verərək bildirib ki,qarşıdan gələn məhərrəm ayında keçiriləcək rəsm müsabiqəsinin mövzusu “Aşura vaqiəsi” və “Kərbəla qiyamı”dır: Müsabiqənin şərtlərində bildirilir: Böyüklər və eyni zamanda az yaşlılar üçün keçirilən yarışda rəsmlər А4 (albom vərəqi) və А3 formatlarında qələm və ya fırça ilə istənilən üslubda qəbul edilir. Ən yaxşı rəsm işlərinin seçilməsi zamanı əsas meyarlar bunlar olacaq: mövzunun açılması, kreativlik (yaradıcılıq qabiliyyəti) və rəsmin pozitivliyi. Əl işləri oktyabrın 1-dən 15-dək Tbilisi Cümə məscidində qəbul ediləcək. Hər bir rəsmin arxasında müəllifin adı, soyadı, yaşı, ünvanı və əlaqə üçün telefon nömrəsi kimi zəruri məlumatlar qeyd edilməlidir. Qaliblərin elan edilməsi və mükafatlandırılması 18 oktyabr üçün nəzərdə tutulub. Qaliblərə noutbuk, planşet, fotoaparat və digər mükafatların təqdim edilməsi nəzərdə tutulub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Sentyabr, 2016 17:27 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |