|
• Dünyadaİbrahim Kalın: “ABŞ-ın Güləni təhvil verməkdən boyun qaçırması ağır nəticələrə gətirib çıxaracaq”ABŞ-ın Fətullah Güləni Türkiyəyə ekstradisiya etməkdən boyun qaçırması uzunmüddətli ağır fəsadlara gətirib çıxaracaq. Ahlibeyt.az-ın Apa-ya istinadən xəbərinə görə, bunu TRT telekanalına müsahibəsində Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
“Bu şəxs Türkiyə vətəndaşıdır. Ekstradisiyaya dair sorğu Türkiyədə törədilən cinayətlərlə əlaqədar verilib. Biz onun üçüncü ölkələrə deyil, Türkiyəyə təhvil verilməsi barədə sorğu göndərdik. Bizim bütün rəsmi bəyanatlarımız bu tələb çərçivəsində səsləndirilib. ABŞ-da qərar verən bütün şəxslər, siyasi xadimlər və ictimai fikri formalaşdıran liderlər nəzərə almalıdırlar ki, əgər onu müdafiə etməkdə davam edəcəklərsə, yaxud, belə təəssürat yaranacaqsa, bu uzunmüddətli ağır fəsadlara gətirib çıxaracaq”, - deyə Kalın bildirib.
Onun sözlərinə görə, hansısa müəyyən qrup, partiya və ya qurum deyil, bütün Türkiyə cəmiyyəti əmindir ki, hərbi çevriliş cəhdinin arxasında məhz Gülənin təşkilatı (FETÖ) durub.
“Əgər kimsə düşünür ki, bu ictimai fikrə əhəmiyyət verilməsin, o çox böyük səhvə yol vermiş olur. FETÖ yalnız Türkiyə və ya Amerika üçün təhlükə deyil. Təşkilatları olduğu bütün ölkələrdə onlar dövlət qurumlarına nüfuz edərək sabah oxşar hadisələr törədə bilərlər”, - deyə Kalın qeyd
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Sentyabr, 2016 10:20 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |