|
• DünyadaŞeyx Əli Salman BMT-yə məktub ünvanlayıbBəhreyn rejimi şiələrə qarşı məzhəbçi təzyiqləri daha da artırıb. Bu, xüsusən Ayətullah Şeyx İsa Qasimin vətəndaşlığının ləğv edilməsindən sonra daha geniş vüsət alıb. Ahlibeyt.az-ın FaktXəbər-ə istinadla verdiyi məlumata görə, bu barədə «Əl-Vifak» hərəkatının Baş Katibi Şeyx Əli Salman BMT-nin İnsan Haqları Şurasına yazdığı məktubunda bildirib. Ali Xəlifə rejimi tərəfindən həbs edilən Şeyx Salman sözlərinə belə davam edir: «Bəhreyn milləti ədalət və cəmiyyətdə bərabərlik diləyir, beynəlxalq aləmdən də bunun həyata keçməsi üçün bu milləti dəstəkləməsini istəyir. Bəhreyn millətinin demokratik istəkləri istiqamətində sülhsevər hərəkətləri olduqca açıqdır və beynəlxalq ictimaiyyətin dövlətdən beynəlxalq vəzifələrini yerinə yetirməsi üçün çalışmasını istəyir. Sizlərdən bütün siyasi məhbusların azad olması, şiddət və təzyiq göstərənlərin cəzalanması üçün çalışmağınızı istəyirik. Bəhreyn millətinin demokratik bir üsulla dövlətini seçmə haqlarını açıqca etiraf etmək və milli danışıqların başlaması istiqlalla nəticələnəcək». Şeyx Salmanın quruma məktubunun sonunda BMT və beynəlxalq hüquqi təşkilat nümayəndələrinin Bəhreyni ziyarət etmələri üçün icazə verilməsi, bəhreynli hüquq müdafiəçilərinin öz ölkələrində öz hüquqi ofislərini açmalarına şərait yaradılması kimi istəkləri də olub. Xatırladaq ki, "Əl-Vifak" Hərəkatının rəhbəri Şeyx Əli Salman 2014-cü ilin dekabr ayında Bəhreyndə hakimiyyətdə olan Ali-Xəlifə rejimini tənqid etdiyi üçün həbs olunub və 9 il müddətinə azadlıqdan məhrum edilib. Bəhreyn xalqı 2011-ci ildən bəri ölkədə ictimai və siyasi islahatların aparılmasını tələb edir. Şeyx Əli Salman həbs edildiyi zamandan etibarən bu ölkədə hakimiyyətə qarşı keçirilən aksiyalar daha da şiddətlənib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Sentyabr, 2016 12:19 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |