إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Dünyanən ən çox oxunan kitabı Qurani - Kərimdir

Müqəddəs "Qurani-kərim"in dünyada 3 milyard nüsxəsi var.

Ahlibeyt.az-ın  Salamnews-a istinadən xəbərinə görə, bu barədə "LoveReading.com" apardığı araşdırma əsasında məlumat yayıb.

Reytinq araşdırması nəticəsində "Quran"ın dünyada ən çox oxunan və satılan kitab olduğu müəyyənləşib.

Reytinqdə ikinci pillədə 2,5 milyard nüsxə ilə "İncil" gəlir. Üçüncü yerdə isə 800 milyon nüsxə ilə “Mao Tszedunun sitatları”dır.

Ən məşhur kitabların onluğuna “Don Kixot”, “Üzüklərin hökmdarı”, "Harri Potter" seriyası, Çarlz Dikkensin “İki şəhərin nağılı” kitabları daxildir.

Qeyd edilir ki, dünyanın ən çox oxunan kitablarının siyahısı tərtib edilərkən təkcə onların satış sayı deyil, müxtəlif dillərə tərcümə sayı da nəzərə alınıb.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Sentyabr, 2016  14:40 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!