|
• DünyadaAyətullah Seyyid Əli Xameneidən Həcc mesajıİranın ali dini lideri Ayətullah Əli Xamenei Həcc mövsümünün başlanması münasibəti ilə dünya müsəlmanlarına müraciət ünvanlayıb. Ahlibeyt.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, müraciətdə deyilir: “Həcc mövsümü müsəlmanlar üçün iftixarlı, nurani və mənəviyyatlı bir mövsümdür. Həcc ziyarəti müqəddəs bir vəzifə hesab olunur. Buna baxmayaraq, təəssüf ki, müsəlmanların təhlükəsizliyi Səudiyyə rejimi tərəfindən təmin edilmir. Müsəlmanlar bu müqəddəs ziyarət səfəri zamanı təhlükəsizlik baxımından narahatlıq keçirir, bu ziyarətin ləzzətindən məhrum olurlar. İslam dünyası və bütün müsəlmanlar Səudiyyə hakimlərini tanımalı, onların imansız və maddiyyata bağlı olduqlarıni bilməli, onların törətdikləri cinayətləri unutmamalıdırlar. Mina hadisəsindən artıq bir il keçir. Keçən il həmin faciəvi hadisədə, bayram günündə neçə min nəfər ehram libasında, yandırıcı gün altında məzlumcasına can verdi. Ondan biraz qabaq Məscidul-Həramda da ibadət halında olan insanlar al-qana boyandılar. Səudiyyə hökuməti hər iki hadisədə müqəssirdir. Bütün orada olanlar və təhlilçilər bu hadisələrin qəsdən törədildiyini bildirirlər. Builki həcc mövsümündə iranlı hacılar iştirak etmir, lakin onlar dünyanın müxtəlif ölkələrindən Həcc ziyarətinə getmiş hacılar üçün narahatlıq keçirirlər və onlar üçün dua edirlər”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Sentyabr, 2016 07:09 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |