|
Ukraynanın iki şəhərində ibadət ocaqları açılacaq, Kiyevdə isə yeni məscid tikilir - ilahiyyatçıAzərbaycanlıların Ukraynada daimi fəaliyyət göstərən beş ibadət ocağı var. Bunlar Xarkov "İmam Əli" məscidi, Xarkov "Əhli-beyt" hüseyniyyəsi, Kiyev "Əhlul-Beyt" hüseyniyyəsi, Kiyev "Əl-Mustəfa" Əhli-beyt hüseyniyyəsi və Vinnitsa "Əhli-beyt" hüseyniyyəsidir. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu fikirləri Salamnews-a açıqlamasında Ukraynada yaşayan ilahiyyatçı alim Hacı Namiq Babaxan bildirib. Onun sözlərinə görə, hazırda Ukraynada çox azad dini mūhit var, būtūn dinlərin və təriqətlərin nūmayəndələri çox sərbəst və dözūmlū şəkildə dini fəaliyyətlə məşğul olur, ayinlərini icra edirlər. Ukrayna bu sahədə dūnyaya nūmunə olacaq qədər inkişafdadır. Burada yaşayan azərbaycanlılar da, təbii ki, bu imkandan yararlanırlar. İlahiyyatçı, həmçinin qeyd edib ki, Xarkov "İmam Əli" məscidinin təmiri tamamlansa da, hazırda genişləndirmə işləri davam edir. Kiyevdə isə məscid tikintisinə hazırlıq gedir. Bundan başqa Odessa və Poltavada da daimi ibadət ocaqlarının açılışı nəzərdə tutulub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Sentyabr, 2016 13:47 ⁄ Çap
Bu bölmədə3 İyun, 2025 Bu gün İmam Məhəmməd Baqir(ə)ın şəhadət günüdür27 May, 2025 Bu gün İmam Məhəmməd Təqinin(ə) şəhadət günüdür29 Aprel, 2025 Bu gün xanım Məsumənin(s.ə) mövlud günüdür24 Aprel, 2025 Bu gün İmam Cəfər Sadiq(ə)-ın şəhadət günüdür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |