إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Gürcüstanın müsəlman icmasına 15 məscid təhvil verilib

Din Məsələləri üzrə Dövlət Agentliyinin əmlak və maliyyə məsələləri üzrə tövsiyyə komissiyasının toplantısında Gürcüstanın müsəlman icması tərəfindən müzakirəyə çıxarılan 16 məsələ müsbət həllini tapıb.

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə,bu barədə  “Qruziya online” məlumat yayıb.

Məlumata görə,Gürcüstan müsəlman icmasına 15 məscid təhvil verilib və bir maliyyə məsələsi üzrə müsbət qərar çıxarılıb.

Toplantıda Gürcüstan Provaslav Kilsəsi və Gürcüstanın Yevangelist-Lüteran icmasının nümayəndələri iştirak ediblər.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Avqust, 2016  12:35 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!