إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Hər 5 qadından biri təcavüzə məruz qalır

Müsəlman ölkələrində qadınlara hüquqlar verilmir və onlar ailədə təcavüzlərə məruz qalırlar deyən "Demokratiyanın beşiyi" ABŞ-da hər 5 qadından biri cinsi təcavüzə məruz qalır.

BBC məlumat verir ki, ABŞ-ın xəstəliklərə nəzarət və profilaktika mərkəzinin apardığı tədqiqat nəticəsində məlum olub ki, cinsi təcavüzə məruz qalan qadınlar həyat yoldaşları və məşuqları tərəfindən cinsi təcavüzə məruz qalmışlar.

Cinsi təcavüzə məruz qalanların 80%-i 25, 35%-i isə 18 yaşına çatmamış cinsi təcavüzə məruz qalmışlar. Həmçinin bildirilir ki, 18 yaşına kimi cinsi təcavüzə məruz qalmış qadınlar dolğun yaşlarında ikinci dəfə cinsi təcavüzə məruz qalmışlar.

Mərkəzin tədqiqatlarına görə, ABŞ-da hər dəqiqə 2 qadın cinsi təcavüzə məruz qalır və 2010-cu ildə cinsi təcavüzə məruz qalan qadınların sayı 1mln. nəfər təşkil edib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Dekabr, 2011  17:54 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!