|
• Dünyadaİraqın şimalında İŞİD-in 700 silahlısı məhv edilibTerrorçular Neynəva vilayətinin Əl-Qayara şəhərinin azad edilməsi zamanı məhv ediliblər Ahlibeyt.az-ın "Report"a istinadla məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər yayıb. Məlumata görə, terrorçular İraqın Neynəva vilayətinin Əl-Qayara şəhərinin azad edilməsi zamanı məhv ediliblər. Əməliyyat zamanı həmçinin terror qruplaşmasına böyük maddi ziyan dəyib. İraq ordusunun Mosul şəhərində əməliyyatlar üzrə komandanı, polkovnik Əmir əl-Cuburi bildirib ki, İŞİD özü də bu itkiləri təsdiqləyib. Əl-Cuburi qeyd edib ki, Əl-Qayaranın azad olunması ilə terror təşkilatı böyük maliyyə itkiləri ilə üzləşib. "Şəhər neftlə zəngindir və İŞİD üçün ticarət mərkəzi rolunu oynayırdı", - deyə o əlavə edib. Bir zamanlar əhalisinin sayı 80 min nəfər təşkil edən Əl-Qayara İŞİD tərəfindən işğal olunduqdan sonra şəhər sakinlərinin sayı xeyli azalıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Avqust, 2016 11:22 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |